Beş ayda dövlət büdcəsinin gəlirləri 12,4 milyard manat, xərcləri 10,4 milyard manat olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Beş ayda dövlət büdcəsinin gəlirləri 12,4 milyard manat, xərcləri 10,4 milyard manat olub

Qafar Ağayev15:56 - 20 / 06 / 2022
Beş ayda dövlət büdcəsinin gəlirləri 12,4 milyard manat, xərcləri 10,4 milyard manat olub

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 12,4 milyard manat, xərcləri 10,4 milyard manat təşkil edib, büdcənin icrasında 1,9 milyard manatlıq və ya ümumi daxili məhsulun 6,4 faizi qədər profisit yaranıb.

Dövlət Statistika Komitəsindən 1news.az-a bildirilib ki, büdcə vəsaitlərinin 20,79 faizi təhsil və səhiyyənin, 18,21 faizi iqtisadi fəaliyyətin, 15,14 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 14,95 faizi ümumi dövlət xidmətlərinin, 13,46 faizi sosial müdafiə və sosial təminatın, 17,45 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib. Daxilolmaların 25,13 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 21,37 faizi əlavə dəyər vergisi, 4,34 faizi fiziki şəxslərin gəlir vergisi, 4,19 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,63 faizi aksizlər, 1,20 faizi sadələşdirilmiş vergi, 1,72 faizi vergilərin digər növləri, 38,43 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. 2022-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 10,6 milyard manat, xərcləri isə 8,1 milyard manat olub.

Paylaş:
436

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər