Kənd təsərrüfatı məhsullarının istehsalı 3,3 faiz artıb
Cari ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 milyard 639,8 milyon manat təşkil edib ki, onun da 2 milyard 28,4 milyon manatı heyvandarlıq, 611,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Dövlət Statistika Komitəsindən 1news.az-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 5,1 faiz artım olub.
321