Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşəcək

13:24 - 28 / 06 / 2022
Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İsveç və Finlandiya liderləri ilə görüşəcək.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə lideri NATO-nun Madriddə baş tutacaq sammitinə yola düşmədən öncə açıqlamasında deyib.

O qeyd edib ki, NATO sammiti çərçivəsində baş tutacaq görüşdə NATO-nun Baş katibi Yens Stoltenberq də iştirak edəcək.

Ərdoğan əlavə edib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin təhlükəsizlik narahatlıqlarını yerinə yetirməlidirlər.

1news.az

Paylaş:
292

Son xəbərlər

Bütün xəbərlər