Qarabağ Dirçəliş Fondu ilə donor və tərəfdaşların görüşü keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qarabağ Dirçəliş Fondu ilə donor və tərəfdaşların görüşü keçirilib - FOTO

Qafar Ağayev16:15 - 28 / 06 / 2022
Qarabağ Dirçəliş Fondu ilə donor və tərəfdaşların görüşü keçirilib - FOTO

İşğaldan azad edilən ərazilərimizin bərpasına dəstək göstərilməsi, ianələrin cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığının, iqtisadi imkanların və çağırışların müzakirə olunması məqsədilə Qarabağ Dirçəliş Fondu ilə donor şirkətləri və Fondun tərəfdaşlarının işgüzar görüşü keçirilib.

1news.az xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov işğaldan azad olunmuş ərazilərimizdə işgüzar fəallığın artırılması və sərmayə potensialının təşviqi üzrə tədbirlərin önəmini qeyd edib. Nazir Qarabağ ərazisinin dayanıqlı inkişafına töhfə vermək, əhalinin məşğulluğunu və rahat şəraitdə yaşamasını təmin etmək məqsədilə dövlət və özəl qurumlarla tərəfdaşlıq çərçivəsində layihələrin həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev azad edilmiş ərazilərin yüksək rifahlı regiona çevrilməsi prosesində donorlarla sıx əməkdaşlığın, maraqlı tərəflərin görülən işlərə cəlb edilməsinin Fondun fəaliyyətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb, görüşün məqsədinin də donor şirkətləri və Fondun tərəfdaşları ilə bu sahədə müzakirələrin aparılması olduğunu bildirib.

Görüşdə özəl sərmayələrin Qarabağın iqtisadi inkişafına cəlb edilməsi ilə layihələrin reallaşdırılması imkanları müzakirə olunub.

Tədbirin sonunda Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərən bir neçə donora – “Improtex” Şirkətlər Qrupu, “Bona Dea” Beynəlxalq Hospitalı, “Azərbaycan Sənaye Korporasiyası” ASC, “İntegral Telecom” QSC-yə “İanə Sertifikatı” təqdim edilib.

Paylaş:
656

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər