Prezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO - YENİLƏNİB

Qafar Ağayev14:44 - 06 / 07 / 2022
Prezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub.

1news.az xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov qəsəbədə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Bünyad Qasımov: Cənab Prezident, bu, yeni işıqlandırma sistemidir.

Prezident İlham Əliyev: Qənaətlə işləyir?

Bünyad Qasımov: Cənab Prezident, bunlar yerli, Azərbaycanda istehsal olunan divarüstü işıqlardır. Bütün kənd 100 faiz tam işıqlıdır.

Prezident İlham Əliyev: İşıqlandırılıb. İş yerləri də yaradılıb.

Bünyad Qasımov: 300 iş yeri artıq mövcuddur. Planlaşdırmışıq, ilin sonuna qədər 450-yə qədər iş yeri açdıraq.

Bildirilib ki, Ramana qəsəbəsində yenidənqurma işləri yekunlaşıb, qəsəbədaxili yollar asfaltlanıb, divar və dam örtükləri yenilənib, küçələrin işıqlandırılması həyata keçirilib. Qəsəbənin Həsənbəy Zərdabi, Xanlar, Mirzəağa Əliyev, Əbdürrəhman bəy Haqverdiyev və qəbiristanlıq ətrafı küçələri tamamilə yenilənib. Həmçinin ərazi tullantılardan təmizlənib.

Diqqətə çatdırılıb ki, Ramana qəsəbəsi Abşeron ərazisində turizm marşrutlarına daxil edilə biləcək abidələrlə zəngindir. Onlardan biri qəsəbənin girişində əzəməti ilə diqqəti cəlb edən, XII-XIV əsrlərə aid olduğu bildirilən Ramana qalası yüksək nöqtədə yerləşir. Ehtimal edilir ki, divarlarının hündürlüyü 15 metr olan qala müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Məşhur “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin müəyyən səhnələri Ramana qalasında çəkilib.

Dövlət başçısı qalada aparılan bərpa işləri ilə tanış olub.

Ramananın qədim abidələrindən biri də Novruzqulu hamamıdır. Prezident İlham Əliyevə bu qədim hamam barədə də məlumat verilib. Bildirilib ki, keçmişdə hamamda dörd quyu fəaliyyət göstərsə də, indi onlardan üçü mövcuddur. Novruzqulu Babakişi oğlunun adını daşıyan hamam Abşeron yarımadasında yeganə tikilidir ki, onun sənədləri toplanıb və təsdiqlənib. Hamamın binasında keyfiyyətli bərpa işləri görülüb.

Qeyd edilib ki, Ramanada yenidənqurma işləri zamanı ətraf mühitin qorunması, qəsəbənin ekoloji vəziyyəti prioritet məsələlərdən biri olub.

Dövlət başçısına Ramanada əhalinin məşğulluğunun artırılması sahəsində görülən işlər barədə də məlumat verilib. Qeyd edilib ki, qəsəbədə xalçaçılıq müəssisəsi və satış mağazası açılıb. Yaradılan yeni iaşə və xidmət obyektlərində məhsulların istehsalı və satışı həyata keçirilir. Bu obyektlər müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların rahatlığını təmin etmək üçün zəruri vasitələr və avadanlıqlarla təchiz olunub.

Məlumat verilib ki, Pirşağıda hazırlanan quru meyvələrin satışı da Ramanada həyata keçiriləcək. Səyyar satış obyektləri və köşklərin quraşdırılması ilə məşğulluğun artırılmasına nail olmaq, həmçinin yerli əhali və turistlərin ehtiyaclarını qarşılamaq mümkündür.

Ramanada reallaşdırılan layihələrdən biri də vertikal bağçılıq layihəsidir. Layihənin məqsədi özünəməşğulluğun artırılmasına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların genişləndirilməsinə, bitkiçiliyin və kənd təsərrüfatı məhsulları emalının inkişafına töhfə verməkdir.

Dövlət başçısı Ramanadakı evlərdən birinin həyətində qəsəbə sakini ilə söhbət edib.

Prezident İlham Əliyev: Salam, necəsən?

Sakin: Sağ olun, yaxşıyam.

Prezident İlham Əliyev: Sənin evindir?

Sakin: Bəli. Yeni abadlaşdırılmış Ramana kəndimizə xoş gəlmisiniz. Hər zaman Siz gələsiniz.

Prezident İlham Əliyev: Çox sağ ol.

Sakin: Gördüyünüz bu evdə şəhid əmim Allahverdi Allahverdiyev qalıb.

Prezident İlham Əliyev: Birinci Qarabağ müharibəsi şəhidi?

Sakin: Bəli, Birinci Qarabağ müharibəsinin veteranı Fərzəli Fərzəliyev babamdır, əmim də var Namiq Allahverdiyev, o da müharibə veteranıdır.

Prezident İlham Əliyev: Sən bu işlə də məşğul olursan?

Sakin: Bəli, cənab Prezident.

Bünyad Qasımov: Damcı üsulu ilə suvarmadır.

Prezident İlham Əliyev: Çiyələkdir?

Bünyad Qasımov: Bəli, çiyələkdir. Yenidir, 10-15 gün olar. Bir-iki aydan sonra buralar hamısı yaşıl olacaq, cənab Prezident.

Prezident İlham Əliyev: Çox yaxşı.

Bünyad Qasımov: Qışda göyərti, yayda da çiyələk əkilir.

Prezident İlham Əliyev: Görürəm bu ev də, həyəti də təmir olunub.

Bünyad Qasımov: Ümumiyyətlə, Sizin tapşırığınıza və göstərişinizə əsasən, evlərin damları, qapıları, divarları, darvazaları əsaslı təmir edilib. Şəhid və veteran ailələrinin evlərinə xüsusi diqqət yetirilib.

Prezident İlham Əliyev: Çox yaxşı. Sağ olun.

Ramana həm də ovdanları ilə məşhurdur. Qəsəbədə bərpaolunan tarixi abidələrdən biri də el arasında 40 pillə adlanan su ovdanıdır. Azərbaycan ərazisində, Abşeron yarımadasında və ona qonşu ərazilərdə ovdanlara daha çox təsadüf edilir. Bu yerlərdə içməli su mənbələri çox az olduğundan XVI-XVIII əsrlərdə içmək üçün yararlı olan lay sularından istifadə edilməsi məsələsi aktuallaşıb və ovdanlar yaradılıb. Bu qurğuların tikintisi XX əsrə qədər davam edib.

Prezident İlham Əliyevə su ovdanında görülən təmir-bərpa işləri barədə məlumat verilib.

Ramana sakinlərinin həm sağlam həyat tərzi, həm də asudə vaxtlarını səmərəli keçirmələri üçün qəsəbədə İdman Mərkəzi inşa olunub. Mərkəzdə qapalı idman zalı, minifutbol meydançası yaradılıb.

Dövlət başçısı Ramana İdman Mərkəzində yaradılan şəraitlə də tanış olub.

Fotolar əlavə olunub.

Paylaş:
532

Son xəbərlər

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb13 / 08 / 2022, 19:01Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb13 / 08 / 2022, 18:58“Basqal” Dövlət Tarix-mədəniyyət Qoruğuna mediatur təşkil olunub13 / 08 / 2022, 17:57Hərbi qulluqçularımız Türkiyədə keçirilən təlimdə iştirak edib - FOTO13 / 08 / 2022, 17:35Magistraturaların boş qalan yerlərinə qəbul olmaq üçün sənəd verənlərin sayı açıqlanıb13 / 08 / 2022, 17:30Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar - FOTO13 / 08 / 2022, 16:57İsmayıllı sakininin evində 11 kq narkotik aşkarlanıb13 / 08 / 2022, 16:49DİM: “Ümumi balı 150-dən az olmayan 9804 abituriyent II ixtisas qrupunda müsabiqədə iştirak edəcək”13 / 08 / 2022, 16:45Ümumi balı 200-dən az olmayan 6039 abituriyent II ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanıb13 / 08 / 2022, 16:25Azərbaycan gimnastları İslamiadada finala vəsiqə qazanıb13 / 08 / 2022, 16:07Fövqəladə hallarda davranış qaydaları barədə maarifləndirmə tədbirləri keçirilib13 / 08 / 2022, 16:05İslamiada: Azərbaycanın qadın həndbol yığması finala yüksəlib13 / 08 / 2022, 15:34MN: “Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirilib” - FOTO - VİDEO13 / 08 / 2022, 15:22Laçına, Zabuxa, Susa qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib13 / 08 / 2022, 15:08Aktyor Elvin Ağayev əməliyyatdan sonra evə buraxılıb13 / 08 / 2022, 14:52TƏBİB Bakıda doğulan beşəmlərlə bağlı məlumat yayıb13 / 08 / 2022, 14:48MN: “Son vaxtlar sərhəddə baş verən gərginliyə görə məsuliyyət Ermənistanın üzərinə düşür”13 / 08 / 2022, 14:30Bakıda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB13 / 08 / 2022, 14:14Ordumuzun mövqeləri atəşə tutulub13 / 08 / 2022, 13:58Təsərrüfat sahiblərini aldadıb heyvanlarını ələ keçirən şəxs həbs olunub13 / 08 / 2022, 13:22
Bütün xəbərlər

Next TV