Azərbaycan və Ermənistan arasında sülh prosesi hansı mərhələdədir? - Ceyhun Bayramovdan açıqlama
“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sülhlə bağlı çağırış edilib” .
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib:
“30 il ərzində Ermənistan tərəfindən dağıntılara, törədilənlərə baxmayaraq Prezident Azərbaycanın sülh prosesi üzərində işləməyə hazır olduğunu bəyan edib”.
C.Bayramov bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın təqdim etdiyi baza prinsiplərində onlar üçün qəbulolunmaz məqamların olmadığı ifadə olunub:
“Böyük irəliləyişin olduğunu deməzdim, amma diskussiyalar ətrafında mesajlar, fikirlər var. Təbii ki, bu, birtərəfli deyil. Ermənistan tərəfində hələ də revanşist fikirlər səsləndirənlər var, ancaq fərqli fikirlər də mövcuddur. Hər kəs anlamalıdır ki, davamlı sülh və inkişaf üçün başqa alternativ yoxdur. Ümid edirik ki, Ermənistanın siyasi rəhbərliyi, vacib fiqurlar reallıqları anlayacaqlar. Bütün bunlar beynəlxalq hüququn prinsiplərinə riayət etməklə həyata keçirilməlidir”.