Kraliçası II Elizabetin taxtda olduğu dövrdə Böyük Britaniyada dəyişən baş nazirlər - ADLAR
Böyük Britaniyada 54 nazir və parlament üzvünün istefasından sonra baş nazir Boris Conson istefa qərarı verib.
1news.az haber.com-a istinadən xəbər verir ki, Conson Mühavizəkarlar Partiyasının yeni lideri açıqlanana qədər vəzifəsində qalacağını bildirsə də, Kraliça II Elizabetin taxtda olduğu müddətdə vəzifəsindən ayrılan 14-cü baş nazir oldu.
Keçən ay taxta çıxmasının 70-ci ilini qeyd edən Kraliça II Elizabetin dövründə İngiltərədə baş nazir vəzifəsini icra edən bütün adları təqdim edirik:
Vinston Çörçill (1951-1955)
Ser Winstion Churchill Kraliça II Elizabeth taxta çıxdığını görən ilk baş nazir idi. Britaniya tarixinə düşən adlardan biri olan Çörçill 26 oktyabr 1951-ci ildən 5 aprel 1955-ci ilə qədər vəzifədə olub.
Entoni İden (1955 - 1957)
Çörçilldən sonra gələn Entoni İden, 1955-ci il aprelin 6-dan 1957-ci il yanvarın 9-na kimi bu vəzifədə olub.
Harold Makmillan (1957 - 1963)
Mühafizəkarlar Partiyasından olan Harold Makmillan 1957-ci il yanvarın 10-dan 1963-cü il oktyabrın 18-dək Böyük Britaniyanın Baş naziri vəzifəsində çalışıb.
Ales Douqlas-Home (1963 - 1964)
Mühafizəkarlar Partiyasından Ales Douqlas-Home 1963-cü il oktyabrın 16-dan 1964-cü il oktyabrın 16-dək vəzifədə idi.
Harold Vilson (1964 - 1970 və 1974 - 1976)
İşçi Partiyasından Harold Vilson iki dəfə baş nazir olub. 1964-cü il oktyabrın 16-dan 1970-ci il iyunun 19-na kimi baş nazir vəzifəsini icra edən Vilson ikinci dəfə, 4 mart 1974-cü ildən 5 aprel 1976-cı ilə qədər baş nazir vəzifəsini icra etdi.
Edvard Heat (1970 - 1974)
Mühafizəkarlar Partiyasından Edvard Heat iki Vilson dövrü arasında baş nazir vəzifəsini icra etdi. Heat 19 iyun 1970-ci ildən 1974-cü il martın 4-dək xidmət edib.
James Callaqhan (1976 - 1979)
İşçi Partiyasından James Callarqhan 1976-cı il aprelin 5-dən 1979-cu il mayın 4-dək baş nazir olub.
Marqaret Tetçer (1979 - 1990)
Mühafizəkarlar Partiyası ilə yanaşı, Britaniya siyasi tarixinin ən diqqət çəkən adlarından biri və ya məşhur ləqəbi ilə “Dəmir Ledi” Marqaret Tetçer 4 may 1979-cu ildən 28 noyabr 1990-cı ilə qədər baş nazir vəzifəsini davam etdirdi.
Con Major (1990 - 1997)
O, 28 noyabr 1990-cı ildən 2 may 1997-ci ilə qədər Mühafizəkarlar Partiyasından Böyük Britaniyanın Baş naziri vəzifəsində çalışıb.
Toni Bleyr (1997 - 2007)
İşçi Partiyasından Toni Bleyr bu vəzifəni 2 may 1997-ci ildən 27 iyun 2007-ci ilədək tutub.
Qordon Braun (2007 - 2010)
İşçi Partiyasından olan Qordon Braun 27 iyun 2007-ci ildən 2010-cu il mayın 11-dək Blayrin yerinə Böyük Britaniyanın baş naziri olub.
David Kameron (2010 - 2016)
Mühafizəkarlar Partiyasından David Kameron 11 may 2010-cu ildə vəzifəyə başladı və 2010-cu ildə “Brexit” referendumuna, İngiltərənin Avropa Birliyindən çıxmasına səs verilənə qədər vəzifəsində qaldı.
Tereza Mey (2016 - 2019)
“Brexit” qərarını qəbul edib Avropa Birliyindən çıxmaq ümidi ilə 13 iyul 2016-cı ildə vəzifəyə başlayan Mühafizəkarlar Partiyasından olan Tereza Mey prosesdə kifayət qədər dəstək ala bilmədiyi üçün 24 iyul 2019-cu ildə baş nazir vəzifəsindən istefa verdi.
Boris Conson (2019 - 2022)
“Brexit”i həyata keçirən və Böyük Britaniyanı Avropa Birliyindən çıxaran Conson bu prosesləri uğur kimi xarakterizə etsə də, Covid-19 epidemiyasında uğursuz idarəçiliyi və partiya qalmaqallarından sonra kabinetində istefa zəlzələsi yaşadı. İyulun 7-də Mühafizəkarlar Partiyasındakı vəzifəsindən istefa verdiyini açıqlayan Johnson, Kraliça II Elizabethin dövründə vəzifə yerinə yetirən 14-cü baş nazir kimi tarixə düşdü.
Humay Əliyeva