Silahlı hücuma məruz qalan Şinzo Abe vəfat edib - KİV | 1news.az | Xəbərlər
Dünya

Silahlı hücuma məruz qalan Şinzo Abe vəfat edib - KİV

09:57 - 08 / 07 / 2022
Silahlı hücuma məruz qalan Şinzo Abe vəfat edib - KİV

Nara şəhərində seçki kampaniyası əsnasında çıxışı zamanı silahlı hücuma məruz qalan Yaponiyanın keçmiş baş naziri Şinzo Abe vəfat edib.

1news.az xəbər verir ki, bu barədə Yaponiya KİV-i məlumat yayıb.

Məlumata görə, döş qəfəsindən yaralanan siyasətçi təcili xəstəxanaya aparılsa da həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Digər xəbərə görə, Şinzo Abeyə hücum Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqami polislər tərəfindən saxlanılıb.

1news.az

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər