Ərdoğan və Paşinyan arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

16:18 - 11 / 07 / 2022
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

1news.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyanla Ərdoğan Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümidlərini ifadə ediblər.

1news.az

Paylaş:
538

Son xəbərlər

Bütün xəbərlər