Rusiya ordusu Xarkovda çoxmərtəbəli yaşayış binasını raketlə vurub | 1news.az | Xəbərlər
Dünya

Rusiya ordusu Xarkovda çoxmərtəbəli yaşayış binasını raketlə vurub

13:39 - 11 / 07 / 2022
Rusiya ordusu Xarkovda çoxmərtəbəli yaşayış binasını raketlə vurub

Rusiya ordusu səhər saatlarında Xarkovu atəşə tutub.

1news.az APA-ya istinadən bildirir ki, atılan raketlərdən biri şəhərin mərkəzi hissəsində yerləşən çoxmərtəbəli yaşayış binasına düşüb.

Qeyd olunur ki, Xarkovda üç partlayış səsi eşidilib.

Məlumata görə, raket zərbəsi nəticəsində altımərtəbəli yaşayış binası qismən dağılıb.

Xilasedicilər bir nəfər yaşlı qadını xilas ediblər.

Hazırda axtarışlar davam edir.

1news.az

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər