Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açıb
Səudiyyə Ərəbistanı uçuş qadağasını ləğv etməklə öz hava məkanını rəsmi olaraq İsrailə açıb.
1news.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb.
Müvafiq qərarın üç qitəni birləşdirən qlobal qovşaq kimi Səudiyyə Ərəbistanın mövqeyinin möhkəmləndirilməsinə və beynəlxalq hava daşımalarının yaxşılaşdırılmasına xidmət edəcəyi vurğulanıb.
Hava məkanının açılması ABŞ Prezidentinin İsrailə səfəri zamanı baş tutub. O, qərarı alqışlayıb.
ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib:
“Prezident Bayden Səudiyyə rəhbərliyinin ayrı-seçkilik olmadan bütün mülki daşıyıcılara hava məkanını açmaq barədə tarixi qərarını alqışlayır və təsdiqləyir”.
1news.az
419