İranda SEPAH-ın raket mühəndisi öldürülüb
İranın cənubunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket mühəndisi Səid Tamardar Mutlak öldürülüb.
1news.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Nəşr qeyd edir ki, İran hakimiyyəti Mutlakın ölümünü açıqlamayıb, bu, yalnız dəfn mərasimi ilə bağlı açıqlamadan sonra məlum olub.
Xatırladaq ki, iyulun 19-da İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus avtomobil partladılıb. Nəticədə bir neçə nəfər ölüb və yaralanıb.
Hadisə Güney Azərbaycanın Urmiya bölgəsinin dağlıq sərhədyanı bölgəsində baş verib.
Məlumata görə, SEPAH-ın avtomobilinin keçdiyi yola partlayıcı quraşdırılıb və nəqliyyat vasitəsi keçən zaman partladılıb. İlk partlayışdan sonra daha biri də törədilib.
1news.az