“Azərbaycan İnvestisiya Şirkəti”nin investisiya portfeli 12% artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərbaycan İnvestisiya Şirkəti”nin investisiya portfeli 12% artıb

11:54 - 25 / 07 / 2022
“Azərbaycan İnvestisiya Şirkəti”nin investisiya portfeli 12% artıb

“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin (AİŞ) 31 dekabr 2021-ci il tarixinə olan maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun Müstəqil Auditi həyata keçirilib.

1news.az xəbər verir ki, biznes proseslərinin təkmilləşdirilməsi vasitəsilə əməliyyat effektivliyinin artırılması, şirkətdə risklərin idarə olunması və komplayns nəzarətinin əsaslı təşkili, layihələrin qiymətləndirilməsi üzrə ikili nəzarətin tətbiqi, maliyyə və vergi uçotu hesabatlığının təkmilləşdirilməsinin nəticəsi olaraq şirkət hesabat dövrünü uğurla başa vurub.

AİŞ-in uğurlu fəaliyyəti nəticəsində şirkətin xərcləri optimallaşdırılıb, əsas investisiya portfeli və sabit-gəlir portfeli üzrə gəlirlilik göstəriciləri artıb.

Hesabat dövrü ərzində şirkətin investisiya portfeli 12%, sabit gəlir portfeli isə 16% artıb. Belə ki, 2021-ci il ərzində faiz gəlirləri ötən illə müqayisədə 28% yüksəlib. Şirkətin son 2 il ərzində əldə etdiyi xalis mənfəət 11, 8 mln. manat təşkil edib.

AİŞ-in 31.12.2021-ci il tarixinə hazırlanmış maliyyə hesabatı nüfuzlu beynəlxalq audit şirkəti olan “PricewaterhouseCoopers” (PWC) audit edilib.

Qeyd edək ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC Azərbaycan Respublikası Prezidentinin "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb. AİŞ-in əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək və qeyri-neft sektorunun inkişafına töhfə verməkdir.

1news.az

Paylaş:
576

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52
Bütün xəbərlər