Kəlbəcər 2-cisi Cavid Ağazadə: “Hələki təhsilimi Azərbaycanda davam etdirmək istəyirəm” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Kəlbəcər 2-cisi Cavid Ağazadə: “Hələki təhsilimi Azərbaycanda davam etdirmək istəyirəm” - MÜSAHİBƏ

Qafar Ağayev11:10 - 20 / 08 / 2022
Kəlbəcər 2-cisi Cavid Ağazadə: “Hələki təhsilimi Azərbaycanda davam etdirmək istəyirəm” - MÜSAHİBƏ

"Çayxanadan tutmuş oyun zallarına qədər getmişəm".

"Yüksək bal toplamağımda repetitorların rolu böyükdür".

Əvvəlki illərdə olduğu kimi, bu il də qəbul imtahanlarında kifayət qədər yüksək nəticə toplayanlar oldu.

Belə uğurlu abituriyentlərdən biri də Kəlbəcər rayon 84 nömrəli Tam Orta Məktəbin məzunu Cavid Ağazadədir. Cavid qəbul imtahanlarında 1-ci ixtisas qrupu üzrə 668 bal toplayaraq Kəlbəcər rayonu üzrə ən yaxşı 2-ci nəticəyə sahib olub. 1-ci ixtisas qrupu üzrə isə Kəlbəcər rayonu üzrə ən yüksək nəticə göstərib. O, qəbul imtahanlarında verilən ikinci şansda maksimum bal – 400 toplayıb.

Cavid Ağazadə 1news.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Cavid Kəlbəcər rayonu üzrə qəbul imtahanında ən yaxşı 2-ci nəticəni toplamısan. Bu uğurunda məktəbin nə qədər rolu var?

- Bu uğurumda məktəbimin rolu çoxdur. Təhsilimin 9 ilini 84 saylı Kəlbəcər rayonu tam orta məktəbində almışam. Yalnız 8 və 9-cu siniflərdə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsilimi davam etdirmişəm. Bu uğuruma görə, başda məktəbimizin direktoru Həqiqət xanıma, daha sonra isə mənə dərs keçən, üzərimdə əməyi olan hər bir müəllimə öz dərin minnətdarlığımı bildirirəm. Bu yalnız mənim deyil, həmçinin onların uğurudur. Bu uğurumda valideynlərimin, ən çox da anamın əziyyəti var. Onların qarşısında baş əyirəm. Yaxşı dost mühitim olub. Mənə dəstək olub, ən yaxşı olmağım üçün motivasiya ediblər.

- Necə düşünürsən, yüksək nəticə əldə etmək üçün mütləq repetitor yanına getmək lazımdır? Repetitorun yüksək bal toplamağına nə qədər təsiri oldu?

- Hal-hazırkı dövrdə demək olar ki, universitetə hazırlaşan 10 nəfərdən 9-u repetitor yanına gedir. Artıq bu çox normal qəbul olunub və mənim yüksək bal toplamağımda bunun təsiri var. Mən uzun bir müddət tədris kursunda təhsil almışam. Mənimlə fərdi qaydada məşğul olan müəllimlərə öz təşəkkürümü bildirirəm.

- Bir müddət əvvəl ölkə üzrə maksimum bal toplayan Nigar Ağazadə təhsilini xaricdə davam etdirməklə bağlı qərar verdiyini açıqladı. Bəs sən necə, təhsilini Azərbaycanda davam etdirmək istəyirsən, ya xaricə getmək fikrin var?

- Həmyerlimiz Nigar Ağazadəni qazandığı uğur münasibətilə təbrik edirəm, uğurları bol olsun. 3 ildir ki, 700 bal toplayan şagird olmurdu, axır ki, bu tendensiyaya bir növ son qoyuldu. Mən hələki təhsilimi Azərbaycanda davam etdirməyi planlaşdırmışam. Lakin gələcək illərdə təhsilimi Dövlət Proqramları vasitəsilə xarici ölkələrdən birində davam etdirmək fikrim var.

- Artıq ixtisas seçimi başlayıb, bu seçim sənin öz iradənlə olacaq yoxsa, valideynlərinin tövsiyəsi əsasında seçim edəcəksən?

- İxtisas seçimini tam öz iradəmlə edəcəm. Hələki özüm araşdırma aparıram. Arzum Bakı Ali Neft Məktəbinə qəbul olunmaqdır. Lakin statistikaya baxan zaman ixtisasların balının qalxacağı ehtimalı var. Buna görə də abituriyentlərə ixtisas seçimi zamanı diqqətli olmağı, gələcəyi olan ixtisasları seçməyi məsləhət görürəm.

- İxtisasını nəyə əsasən seçəcəksən?

- Rəqəmsal texnologiyalar zəmanəsində, telefondan demək olar ki, asılı vəziyyətə düşdüyümüz, insan əməyinin azaldığı bir zamanda yaşayırıq. Buna görə də ixtisas seçimi zamanı kompüterlə mühəndisliyi və elmləri, informasiya texnologiyaları və təhlükəsizliyi kimi ixtisasları hədəfləmişəm. Bu ixtisaslar təhsili bitirdikdən sonra bütün dünyada bu sektorla bağlı iş var. Ona görə də ixtisasıma çox dərindən yiyələnib, rəqabət mühitindən ixtisaslı kadr kimi çıxmaq istəyirəm.

- İmtahanlara hazırlaşdığın müddətdə boş vaxtlarını necə dəyərləndirirdin? İstirahətə vaxt ayıra bilirdin?

- Fənnin nəzəriyyə hissəsini elə dərs şəraitində öyrənirdim deyə, artıq evdə yalnız test tapşırıqlarını yerinə yetirirdim. Ola bilər kimsə bunu inandırıcı hesab etməsin, amma mən hər fənn üzrə 30 dəq-2 saat aralığında vaxt ayırırdım. Bizdə valideyn basqısı mən yeniyetmə dövrünə qədəm qoyandan bəri çox azalmışdı. Demək olar ki, ürəyim istəyən yerə gedirdim çayxanadan tutmuş oyun zallarına kimi. Valideynlərim mənə güvənirdi və zərərli vərdişlərdən uzaq duracağıma inanırdılar.

- Hansı xüsusi istedadların var?

- Əsasən, anam bizi bir çox məşğuliyyət üzrə yönəldib. Tar ifa etməyi bacarıram, 5 il musiqi məktəbinin tar sinifində təhsil almışam. Şahmat üzrə 4-cü dərəcəm var. Balaca qardaşımla rəqs, rəsm və digər sahələrlə də məşğul olmuşuq.

- Universitetlərə hazırlanlara nələr tövsiyə edirsən? Hansı metodla hazırlaşsalar uğurlu nəticə əldə edə bilərlər?

- Universitetə hazırlaşan şagirdlərə tövsiyəm odur ki, artıq 11-ci sinfə qədər bütün əyri-əskiklərini düzəltsinlər, “10-11-ci sinifdə hazırlaşaram, universitetə girərəm” düşüncəsiylə yanaşmasınlar, daha aşağı yaşlardan artıq qarşılarına məqsəd qoysunlar, hansı ixtisasa maraqları olduğunu gözdən keçirsinlər. Mən 8-ci sinfə qədər bir neçə ixtisas qrupuna getmək istəmişəm. Birinci ixtisas qrupunu 8-ci sinifdə qəti şəkildə seçdim. Bir də, dərsə diqqətli qulaq assınlar, dərsdə öyrənməyə çalışsınlar, cavablardan köçürüb özlərini aldatmasınlar.

- Əslən Kəlbəcər rayonundansan, torpaqlarımız azad olunandan sonra sonra oralarda yenidənqurma işləri aparılır. Sən də atanın, babanın doğma yurduna getmək istəyirsən? Necə düşünürsən, gələcəkdə yenidənqurma işlərində sənin hansı faydan ola bilər?

- Əlbəttə, mən də Kəlbəcərin gözəl guşələrini görmək istəyərəm. Uşaqlıqdan atamın, babamın danışdıqlarına əsasən Kəlbəcərin necə bir yer olduğunu təsəvvür etməyə çalışırdım,Kəlbəcərin fotolarına baxırdım. Çox, şükür torpaqlarımız azad olundu,indi tez-tez videolar gəlir, atamın doğulduğu kəndin görüntülərinə baxıram, danışdıqlarından da gözəl yer olduğunu görürəm. Gələcəkdə Kəlbəcərdə iş ilə bağlı nə isə ola bilər, ancaq hələki belə bir planım yoxdu. Əlimdən gələni edərəm ki, Vətənimə xeyrim dəysin.

Paylaş:
1738

Son xəbərlər

COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37
Bütün xəbərlər