Azərbaycanın şimal bölgəsindəki bütün yanğınlar tam söndürülüb - VIDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın şimal bölgəsindəki bütün yanğınlar tam söndürülüb - VIDEO

Qafar Ağayev13:14 - 22 / 08 / 2022
Azərbaycanın şimal bölgəsindəki bütün yanğınlar tam söndürülüb - VIDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Quba rayonunun Qasımqışlaq, Gədikqışlaq və Vəlvələ kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğın tam söndürülüb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, havanın isti və küləkli olmasına, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğının daha geniş ərazilərə yayılmasına imkan verilməyib.

Ümumilikdə Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları üzrə baş vermiş yanğınlar nəticəsində təxminən 5000 hektar sahədə meşə və meşəətrafı ərazi, örüş və biçilmiş əkin sahələri yanıb. Şimal bölgəsində bütün yanğınlar tam söndürülüb.

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər