Azərbaycanda Aİ-92 markalı benzin və dizellə bağlı qərar verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Aİ-92 markalı benzin və dizellə bağlı qərar verildi

Qafar Ağayev14:50 - 24 / 08 / 2022
Azərbaycanda Aİ-92 markalı benzin və dizellə bağlı qərar verildi

Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb.

1news.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi 18 faizdən 18,3 faizə qaldırılıb.

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər