Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMA

Qafar Ağayev10:55 - 12 / 09 / 2022
Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMA

Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il avqust ayının qiymət indeksini açıqlayıb.

İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərərək 113,5% təşkil edib. Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində ortalama 13,5% qiymət artımı müşahidə olunub. “Veysəloğlu Pərakəndə İndeksi” müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək məqsədini daşıyır.

“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin avqust ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin avqust ayına nisbətən 19,7% artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin avqust ayına nisbətən 20,8% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 21,1% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 8,2% artım izlənilib. Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. VŞQ və ona aid şirkətlər üçün qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığı əsas vəzifələrdəndir.

Aylar üzrə ümumi qiymət dəyişikliyi:

“Veysəloğlu Pərakəndə İndeksi” nədir?

İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir.

“Veysəloğlu Pərakəndə İndeksi”nin hesablanmasında bu düsturdan istifadə olunur:

Veysəloğlu Pərakəndə İndeksi=(Cari dövr istehlak səbətinin qiyməti)/(Baza dövrü istehlak səbətinin qiyməti)×100%

Məsələn, təsəvvür edək ki, tipik bir istehlakçı (müştəri) hər ay 5 kq alma, 2 kq armud alır və onun ümumi istehlak (məhsul) səbəti yalnız bu məhsullardan ibarətdir. Bu ay almanın 1 kiloqramının qiyməti 1 manat, armudun 1 kiloqramının qiyməti isə 2 manatdır. Keçən ay isə 1 kq alma 0.98 manat, 1 kq armud isə 1.95 manat olub. Bu zaman “Veysəloğlu Pərakəndə İndeksi” belə hesablanacaq:

Veysəloğlu Pərakəndə İndeksi=(almanın çəkisi×almanın cari qiyməti+armudun çəkisi×armudun cari qiyməti)/(almanın çəkisi×almanın keçən aya olan qiyməti+armudun çəkisi×armudun keçən aya olan qiyməti)×100%

Beləliklə, Veysəloğlu Pərakəndə İndeksi aşağıdakı kimi hesablanacaq:

(5×1+2×2)/(5×0.98+2×1.95)×100%=102%

Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində 2% qiymət artımı müşahidə olunur.

“Veysəloğlu Pərakəndə İndeksi” hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşılır. Şirkətlər Qrupu bu indekslə alıcılıq qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq məhsul alışı üçün büdcə planlamalarına imkan verir.

Reklam hüququnda

Paylaş:
489

Son xəbərlər

Xəzər dənizində qadın batıbBu gün, 18:07Bəzi rayonlara yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVABu gün, 17:43Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıbBu gün, 17:19Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıbBu gün, 16:4546 yaşlı kişi dənizdə batıbBu gün, 16:12Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilibBu gün, 15:57Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 15:32Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:14Silk Way West Airlines və China Henan Aviation Group arasında anlaşma memorandumu imzalanıbBu gün, 14:59ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündürBu gün, 14:47Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edirBu gün, 14:31Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 14:16AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilibBu gün, 14:06Daşaltıda bir tondan artıq çətənə bitkisi məhv edilibBu gün, 13:51İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - FOTO - YENİLƏNİBBu gün, 13:39Buzovnada maskalı şəxslər girdikləri evin sahibinə xəsarət yetirdiBu gün, 13:23İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 13:10Keçmiş məhkum dələduzluğa görə saxlanıldıBu gün, 12:50Sabah yağış yağacaq, külək əsəcək - ProqnozBu gün, 12:27Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyikBu gün, 12:09
Bütün xəbərlər