DSX: Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX: Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib

Qafar Ağayev10:45 - 15 / 09 / 2022
DSX: Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib

Sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib.

Dövlət Sərhəd Xidmətindən 1news.az-a verilən xəbərə görə, şəxsi heyət və hərbi texnika baxımından çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdininin qarşısının alınması zamanı Dövlət Səhəd Xidmətinin adları qeyd olunan hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərib, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olublar.

kapitan Mehbalı Fərid Kəmaləddin oğlu;

baş gizir Məmmədov Azər Mustafa oğlu;

baş gizir Məmmədov Nahid Hüseynağa oğlu;

kiçik gizir Nəsirov Ülvü Əsədulla oğlu;

kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu;

kiçik gizir Babazadə Elşən Sahib oğlu;

baş çavuş Rəhimov Təbriz Rəhim oğlu;

baş çavuş Sadıxov Şəmistan Əbdülağa oğlu.

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Paylaş:
213

Son xəbərlər

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcəkBu gün, 12:22Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcəkBu gün, 12:21Prezident daha bir icra başçısını vəzifəsindən azad etdiBu gün, 12:15Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilibBu gün, 11:51TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıbBu gün, 11:51PAŞA Holding tərəfindən Future Shapers inkişaf proqramının açılış tədbiri təşkil edilib - FOTOBu gün, 11:45Abşerona olan sevgi ziyalıları bir araya topladıBu gün, 11:42İsveçdə Qurani-Kərim yandırılıb - VİDEOBu gün, 11:27FHN metroda təlim keçirib - VİDEOBu gün, 11:23İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edibBu gün, 11:14“BakıKART” artıq m10-da!Bu gün, 11:02Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıbBu gün, 10:59Autizmin əlamətləri hansılardır? - Psixoloqla MÜSAHİBƏBu gün, 10:45Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaqBu gün, 10:37Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”Bu gün, 10:26İrandan Azərbaycana 6 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTOBu gün, 10:25“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEOBu gün, 10:12İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edibBu gün, 10:11Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıbBu gün, 10:03Komissiya katibi: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaqBu gün, 09:54
Bütün xəbərlər