MN: Azərbaycan hərbçilərinin mühasirəyə düşməsi barədə məlumat dezinformasiyadır | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: Azərbaycan hərbçilərinin mühasirəyə düşməsi barədə məlumat dezinformasiyadır

Qafar Ağayev16:07 - 16 / 09 / 2022
MN: Azərbaycan hərbçilərinin mühasirəyə düşməsi barədə məlumat dezinformasiyadır

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir.

"Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq" - məlumatda qeyd olunub.

Paylaş:
412

Son xəbərlər

Bütün xəbərlər