“Softline” şirkətinin Azərbaycan üzrə direktoru Rüfət Əzizov ilə müsahibə - FOTO | 1news.az | Xəbərlər
Müsahibə

“Softline” şirkətinin Azərbaycan üzrə direktoru Rüfət Əzizov ilə müsahibə - FOTO

09:15 - 11 / 10 / 2022
“Softline” şirkətinin Azərbaycan üzrə direktoru Rüfət Əzizov ilə müsahibə - FOTO

Rüfət Əzizov 2022-ci il iyulun 6-dan etibarən “Softline şirkətinin Azərbaycan üzrə direktoru vəzifəsinə təyin olunub.

Şirkətin Bakıdakı nümayəndəliyi 2006-cı il martın 23-də açılıb, 2021-ci ildə isə şirkət Azərbaycanın İT bazarında təmsil olunmasının 15 illiyini qeyd edib.

Azərbaycanda fəaliyyət göstərdiyi 15 il ərzində “Softline” bir çox mühüm lahiyələrə imza atıb və “Microsoft Licensing Solution Partner”, “McAfee Gold Partner”, “Dell Technologies Titanium Partner”, “Check Point 2 Star Partner, “Cisco Premier Partner”, “NetApp Gold Partner”, “ESET Premier Partner”, “Adobe Platinum Partner” və s. kimi ən yüksək tərəfdaş statusları qazanıb.

Bütün bu illər ərzində "Softline Azərbaycan" şirkəti texnologiyalardan səmərəli istifadə etməklə müştərilərinə biznes gəlirliliyini və həyat keyfiyyətini artırmağa kömək edir.

Yeni rəhbərlik şirkətin Azərbaycanın İT bazarında iştirakını fəal şəkildə artırmağa, təcrübəni inkişaf etdirməyə, tərəfdaşlıq əlaqələrini gücləndirməyə və müştərilərə onların rəqəmsal transformasiyasında dəstək verməyə davam edəcək.

"Softline Azərbaycan" şirkətinə rəhbərlik etməzdən əvvəl Rüfət Əzizov 5 ildən çox dünyada tanınmış vendor şirkətlərində çalışıb:

— “Microsoft” şirkətində çalışdığı rəhbərlik etdiyi komanda Belarus, Azərbaycan, Mərkəzi Asiya və Monqolustan ərazisində satışa görə cavabdeh olub;

— “Oracle” şirkətində o, şirkətin Azərbaycanda bulud texnologiyalarının satışının inkişafına cavabdeh olub.

Rüfətlə onun rəhbərliyi altında şirkətdə hansı dəyişikliklərin olacağı barədə danışdıq.

- Rüfət, zəhmət olmasa şirkətin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verərdiniz. “Softline” şirkəti Azərbaycanda biznesin rəqəmsal transformasiyasına necə töhfə verir?

— Ümumiyyətlə, rəqəmsal transformasiya hər hansı bir alətin və ya həllin tətbiqi ilə tamamlanmayan davamlı bir prosesdir. Dəyişmək istəyən şirkət daim biznes məqsədlərini nəzərdən keçirməli, bazarın təhlilini aparmalı və artıq tətbiq edilən həllərin biznesin ehtiyacları ilə nə dərəcədə ayaqlaşdığını müqayisə etməlidir. Çevik və genişlənə bilən İT infrastrukturunun qurulması və saxlanması vacibdir. Bu, istənilən gələcək rəqəmsal transformasiya üçün əsas rolunu oynayır. Bir çox şirkətlər üçün belə bir infrastrukturun qurulmasında çətinliklərlə üzləşə bilər. Bizim burada olmaqda məqsədimiz müştərilərimizə öz biznesləri üçün mümkün qədər tez və səmərəli işləyəcək alətləri tapmaqda və tətbiq etməkdə köməklik göstərməkdir.

“Softline” rəqəmsal transformasiyanın qabaqcılları olan dünyanın bir sıra ən böyük vendorlarının tərəfdaşıdır.

Bizim möhkəm tərəfdaşlıq münasibətlərimiz müştərilər üçün ən sərfəli qiymət təkliflərini əldə etməyə imkan verir.

Qlobal şirkət olan “Softline” müxtəlif ölkələrdə fəalyyət göstərən yüksək səviyyəli mütəxəssislərə malikdir. Onların köməyi ilə şirkət Latın Amerikadan MDB ölkələrinə qədər müştərilərimizin ən mürəkkəb problemlərini həll edir və biz onları Azərbaycanda da proyektlərə cəlb etməyə hazırıq. Gələcəkdə yerli kadrları da yetişdirməyi planlaşdırırıq.

— Əvvəllər qazandığınız hansı təcrübəni “Softline” şirkətində tətbiq etməyi planlaşdırırsınız?

- Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün şirkət daxilində ayrı-ayrı departamentlər arasında əməkdaşlıq qurulmalıdır. Biznesin səmərəli aparılmasında düzgün qurulmuş iş prosesləri çox mühüm rol oynayır. Öz təcrübəmdə bunun tapşırıqların icra sürətini nə dərəcədə artırdığını və şirkətin maliyyə nəticələrinə necə təsir etdiyini görmüşəm.

— Sizin rəhbərliyiniz altında şirkətdən hansı dəyişiklikləri gözləyə bilərik? Sizin inkişaf prioritetləriniz nədir?

- Prioritet müştərilərlə tərəfdaşlıq qurmaq istəyidir.

Biz onlar üçün hər hansı problemləri tez və effektiv şəkildə həll etməyə kömək edən səriştəli məsləhətçi olmalıyıq. Məhz bu istiqamətdə yeniliklər və dəyişikliklər tətbiq etmək niyyətindəyik. Üstəlik, bunun üçün müxtəlif ölkələrdə kifayət qədər səriştəli əməkdaşlarımız var.

— Biraz da şirkətin planları haqqında danışardınız. Yaxın gələcəkdə əsas diqqəti hansı sahələrə yönəltməyi planlaşdırırsınız? Qarşıya hansı məqsədlər qoymusunuz və onlara necə nail olmaq niyyətindəsiniz?

- Qarşımızda duran ən mühüm vəzifə müştərilərlə mövcud əlaqələri gücləndirmək, o cümlədən Azərbaycanda təklif olunan İT xidmətlərinin spektrini genişləndirməkdir. “Softline” şirkəti qlobal miqyasda müxtəlif texnoloji layihələrdə iştirak edir və bu mütəxəssislər öz bilik və təcrübələrini bizimlə və müştərilərimizlə bölüşməyə hazırdırlar.

İnanırıq ki, Azərbaycanda rəqəmsal transformasiyanın ən yaxşı drayverlərdən birinə çevrilə bilərik.

— Hazırda "Softline Azərbaycan" şirkətinin qarşısında hansı vəzifələr durur?

— İstənilən qlobal şirkət kimi, “Softline” şirkətinin də öz inkişaf strategiyası var və hazırda bizim vəzifəmiz bu strategiyanı yerli bazara tətbiq etməkdir.

"Softline Azərbaycan"ın gələcək inkişafı şirkətin regional və qlobal mərkəzləri ilə sıx əlaqəli həyata keçirilməlidir. Biz dünyanın 60 ölkəsində təmsil olunuruq və bu ölkələrin hər birində lider olmağa çalışırıq. Azərbaycan da istisna deyil.

— Rüfət, maraqlı söhbətə görə çox sağ olun.

Qeyd edək ki, “Softline” rəqəmsal transformasiya və informasiya təhlükəsizliyi sahəsində İT həllər və xidmətlərin aparıcı qlobal təchizatçısıdır.

“Softline” Azərbaycan bazarında 2006-cı ildən fəaliyyət göstərir və 3000-dən çox proqram və avadanlıq istehsalçılarının rəsmi təchizatçısıdır. Şirkət bütün əsas vendorların ən yüksək tərəfdaş statusuna malikdir. “Softline” həmişə müştərinin tərəfindədir və onun problemlərini ən yaxşı həll edən həllər təklif edir.

Daha çox məlumat Softline saytından əldə edə bilərsiniz.

Paylaş:
2983

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər