Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib - FOTO | 1news.az | Xəbərlər
İdman

Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib - FOTO

17:53 - 19 / 10 / 2022
Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib - FOTO

Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçirilən Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri davam edir.

1news.az-ın məlumatına görə, Azərbaycan millisinin heyətində yarımfinala gedən yolda rinqə ilk olaraq Anaxanım İsmayılova (50 kq) çıxıb.

Boksçumuz Yaroslava Marinçukla (Ukrayna) üz-üzə gəlib. Gərgin keçən görüş təmsilçimizin 3:2 (30:27, 29:28, 30:27, 27:30, 27:30) hesablı qələbəsi ilə yekunlaşıb.

İsmayılova yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. O, növbəti döyüşündə irlandiyalı Katlin Fryerslə qarşılaşacaq. Görüş oktyabrın 21-də olacaq.

Qeyd edək ki, 1/4 finalda yığmamızın digər üzvü Şəhla Allahverdiyeva (66 kq) Yelena Yaniçiyeviçla (Serbiya) mübarizə aparacaq. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Darya Kozoresi (Moldova) sınağa çəkəcək.

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər

Next TV