Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib | 1news.az | Xəbərlər
İdman

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

17:18 - 22 / 10 / 2022
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Azərbaycan sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında uğurlu çıxışını davam etdirir.

1news.az -ın məlumatına görə, 74 kq çəkidə çıxış edən idmançı kolumbiyalı və şri-lankalı rəqibindən sonra 1/4 finalda Ermənistan təmsilçisini üstələyib.

Bu mərhələdə Hrayr Alıxanyanla qarşılaşan pəhləvanımız 4:2 hesablı qələbə qazanaraq, adını yarımfinala yazdırıb. Onun final yolundakı son rəqibi moldovalı Vasile Diakon olacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.

1news.az

Paylaş:
719

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər