Bakıda ağır atletika üzrə beynəlxalq məşqçilik kursu keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ağır atletika üzrə beynəlxalq məşqçilik kursu keçirilib

Qafar Ağayev10:11 - 10 / 11 / 2022
Bakıda ağır atletika üzrə beynəlxalq məşqçilik kursu keçirilib

5-9 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İnkişaf Proqramı çərçivəsində Beynəlxalq Məşqçilik Kursu keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından 1news.az-a Mühazirəçi qismində IWF-in Məşqçilik və Tədqiqat Komitəsinin üzvü, ABŞ-lı mütəxəssis, Doktor Kayl Pirs çıxış edib. Kursa arasında yeni yaradılan 20-dən çox yeni ağır atletika klubunun məşqçiləri, həmçinin digər mütəxəssislər olmaqla ölkənin bütün regionlarından 50-yə yaxın məşqçi qatılıb.

Kurs zamanı bir çox mövzular barədə nəzəri və praktiki dərslər keçilib. Onların içərisində ağır atletika idman növündə təhlükəsizlik qaydaları, biomexanika və fiziologiya, məşqçilik təliminin və tədrisinin prinsipləri, bədənin qızışdırılması və əzələlərin elastik vəziyyətə gətirilməsi, ağırlığın qaldırılmasında baza hazırlığı, güc tətbiq etməklə ştanqın sinəyə alınması və birdən qaldırma, “Təkanla qaldırma hərəkəti”nin anlayışı, “Birdən qaldırma hərəkəti”ndə yanaşmaların artması prosesi, klassik yanaşmaların nümayış etdirilməsi, müqavimətin artması prinsipləri, məşq proqramları, ağır atletika yarışları, antidopinq, qaynaq və məlumatlara giriş imkanları olub.

Amerikalı mütəxəssisin dərsləri interaktiv şəkildə keçib, dinləyicilərin sualları cavablandırılıb, yeni, müasir məşq, tədris metodları ətrafında geniş müzakirələr aparılıb. İştirakçıların fikrincə, kurs çox səmərəli olub, yeni biliklər əldə etmək, ağır atletikada müasir tendensiyaları öyrənmək baxımından böyük fürsət xarakteri daşıyıb. 4 gün ərzində məşqçilik üzrə iki kateqoriya (Level 1 və Level 2) mühazirələrdə iştirak edən mütəxəssislər, sonda imtahan verərək beynəlxalq məşqçilik sertifikatı əldə edə biliblər.

Mühazirəçi Kayl Pirs kurs barədə danışarkən təşkilatçılıqdan razılığını dilə gətirib. O, iştirakçıların həvəsli olmasını təqdir edib: "Hər şey əla təşkil olunmuşdu. Səmimi və xoş münasibət, peşəkar yanaşmayla qarşılaşdım. İstədiyimiz səviyyədə tədrisi edə bildik. Yeni, yaxud təcrübəli olmalarından asılı olmayaraq, bütün məşqçilərin istəkli olması, müxtəlif mövzulara toxunaraq müzakirələr aparmasını görmək çox xoş oldu. Bakıdan yaxşı təəssüratlarla ayrılıram və böyük məmnuniyyətlə bir də gəlmək istəyərəm".

Paylaş:
249

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər