İstanbuldakı terror aktı nəticəsində ata və azyaşlı qızı da həlak olubmuş | 1news.az | Xəbərlər
Dünya

İstanbuldakı terror aktı nəticəsində ata və azyaşlı qızı da həlak olubmuş

10:16 - 14 / 11 / 2022
İstanbuldakı terror aktı nəticəsində ata və azyaşlı qızı da həlak olubmuş

Noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində terror aktı baş verib.

1news.az CNN-ə istinadən xəbər verir ki, dünənki partlayışda həlak olanlar arasında Yusuf Meydan adlı bir şəxs və azyaşlı qızı Ecrin də olub.

Daha sonradan məlum olub ki, Yusuf Meydan Adanada Uşaq Evləri Koordinasiya Mərkəzi İdarəsində çalışıb və ailəsi ilə İstanbula şəxsi məqsədlər üçün gəlib.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər