Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov Türkiyənin paytaxtı Ankarada olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə gümüş medal qazanıb.
Azərbaycan Ağır Atletika Federasiyasından 1news.az-a verilən məlumata görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırmada 138 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.
O, təkanla qaldırmada 155 kq-ın öhdəsindən gələrək bu hərəkətdə 6-cı, toplam 293 kq (138+155) nəticə ilə yekun sıralamada 4-cü yerə layiq görülüb.
Eyni çəkidəki İsa Rüstəmov 285 kq-la (130+155) 6-cı olub.
1news.az
1253