Saakaşvilinin orqanizmində daha bir zəhərli maddə aşkar olundu | 1news.az | Xəbərlər
Dünya

Saakaşvilinin orqanizmində daha bir zəhərli maddə aşkar olundu

15:43 - 28 / 11 / 2022
Saakaşvilinin orqanizmində daha bir zəhərli maddə aşkar olundu

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvilinin orqanizmində daha bir zəhərli maddə aşkar olunub.

1news.az “Mtavari” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı gürcü siyasətçinin vəkili Şalva Xaçapuridze açıqlayıb.

Onun sözlərinə görə, Saakaşvilinin orqanizmində arsen maddəsi aşkar olunub.

Bununla yanaşı, Xaçapuridze keçmiş Prezidentin uzun müddətdən sonra bu gün keçiriləcək növbəti məhkəmə prosesində iştirak edəcəyini də elan edib. Bildirilib ki, Saakaşvili hərəkət etməkdə çətinlik çəkdiyindən onun üçün xüsusi araba tələb olunacaq.

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər