Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında mobilizasiya şəhərciyinin salınması yekunlaşıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında mobilizasiya şəhərciyinin salınması yekunlaşıb - FOTO

Qafar Ağayev11:19 - 28 / 11 / 2022
Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında mobilizasiya şəhərciyinin salınması yekunlaşıb - FOTO

Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişafı məqsədilə Cəbrayıl rayonunda yaradılmış və 200 hektar ərazini əhatə edən Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında mobilizasiya şəhərciyinin salınması yekunlaşıb, zəruri sosial infrastruktur yaradılıb.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında bildirib.

"Sənaye Parkında görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq" - deyə, nazir əlavə edib.

Paylaş:
544

Son xəbərlər

Bütün xəbərlər