Munzur vadisi, muzey, bərə səyahəti, Tarixi Harput şəhəri, əyri minarəli məscid – Tuncəli və Elazığdan REPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

Munzur vadisi, muzey, bərə səyahəti, Tarixi Harput şəhəri, əyri minarəli məscid – Tuncəli və Elazığdan REPORTAJ

Qafar Ağayev13:57 - 30 / 11 / 2022
Munzur vadisi, muzey, bərə səyahəti, Tarixi Harput şəhəri, əyri minarəli məscid – Tuncəli və Elazığdan REPORTAJ

Noyabrın 15-dən 19-dək Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Türkiyənin Muş, Bingöl, Tuncəli, Elazığ və İstanbul şəhərlərində səfər təşkil olunub.

1news.az-ın əməkdaşının da iştirak etdiyi mediaturdan ikinci reportajı təqdim edirik.

Bundan öncəki reportajda Muş və Bingölə səfərdən bəhs etmişdim. Bu dəfə isə Tuncəli və Elazığın görməli yerlərini sizlərə təsvir edəcəyəm.

Bingöldən sonra növbəti istiqamətimiz Tuncəliyə olur.

Şərqi Anadoluda, Fərat çayı hövzəsi daxilində olan Tuncəli təbii sərhədlərlə əhatə olunmuş yüksək dağlıq bölgədir. Gözəl təbiəti ilə fərqlənən Tuncəlinin əhalisi 85 minə yaxındır. Əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Balı, pendiri məşhur. Tuncəlide Munzur Dövlət Universiteti fəaliyyət göstərir.

Tuncəli Muzeyi

Tuncəliyə gələndə ilk dayanacağımız Tuncəlini şəhər edən binada, yəni Tuncəli muzeyində olur.

1935-ci ildə inşasına başlanılan bina 1937-ci ildə tamamlanır. 1949-cu ilə qədər hərbi hissə olaraq istifadə olunan bina, 1949-cu ildə Milli Müdafiə Nazirliyindən alınaraq Maliyyə Nazirliyinə verilib. Maliyyə nazirliyinə verildikdən sonra bina 1990-cı ilə qədər məmurların yataqxanası olaraq fəaliyyət göstərib. 1990-cı ildən 2015-ci ildə binada bir neçə ailə yaşasa da 2015-ci ildən muzeyə çevrilməsi istiqamətində işlərə başlanılıb. 2020-ci ildən isə muzey olaraq fəaliyyətə başlayıb.

Müzey müdiri Kənan Öncer deyib ki, muzeyin açılışı ilə Tuncəlinin mədəni irsində böyük inkişaf olub və mədəni sərvətlərinin zənginliyi yaranmağa başlayıb. Muzeyimiz böyük marağa səbəb olur, ziyarətçilərin sayı günü-gündən artır.

“Muzeyin yerləşdiyi bu binada 1990-2015-ci illərdə Tuncəlinin 65 imkansız ailəsi yaşayıb. Həmin o ailələrin məskunlaşdığı bu bina 2020-ci ildə muzey kimi fəaliyyətə başlayıb. Ona görə də bu bina, bu muzey Tuncəli sakinləri üçün çox önəmlidir.

“Muzey eyni zamanda Tuncəlinin arxeologiyasının öyrənilməsi baxımdan da önəmə sahibdir. Tuncəlidə muzey olmadığından əvvəllər burada aşkarlan arxeoloji tapıntılar ən yaxın şəhər olan Elazığa aparılıb. 2020-ci ildə muzey açılandan sonra isə Tuncəlidən aşkarlanan eksponatların bəziləri Mədəniyyət Nazirliyinin vasitəçiyi ilə Tuncəli muzeyinə gətirilib.

Çox maraqlı konseptlə hazırlanan muzeydə Tuncəlinin tarixinə səyahət edə bilərsiniz. Burada Tuncəli əhalisinin tarixindən tutmuş, məşğuliyyəti, dini inancları ilə tanış ola bilərsiniz. Tuncəli əhalisinin böyük bir qisminin dini inancı İslam dininin ələvilik təriqətidir. Ona görə bu muzeydə ələviliyin tarixi, dini ritualları bağlı heykəllərə, elektron materillara, 3D canlandırmalara rast gələ bilərsiniz.

Munzur Vadisi Milli Parkı

Muzeydən ayrılıb təbiət qoynuna qayıdırıq. Yuxarıda da qeyd etmişdiyim kimi burada hər yerdə Munzur adına rast gələ bilərsiniz. Şəhər mərkəzindən 8 kilometr uzaqlaşıb Munzur Vadisi Milli Parkına gedirik. Ovacıq ilə Tuncəli mərkəzin arasında şəhərinin arasında yerləşən bu vadi mükəmməl bir təbiət muzeyidir. Bura elə bir gözəl təbiətə sahibdir ki, baxmaqdan, havasını ciyərlərimizə çəkməkdən doymuruq. İrəlilədikcə temperaturun daha da aşağı düşdüyünü müşahisə edirik, vadi havası özünü göstərir.

Tuncəli eyni zamanda endemik bitkiləri ilə məşhurdur.

Qeyd etdiyim kimi burada ələvilik inancı geniş yayılıb. Yol boyu qarşımıza Ana Fatma ziyarəti çıxır. Burada insanlar arzu tutub şam yandıraraq arzularının reallaşacağına inanırlar.

Daha sonra isə Munzur çayının sahilində möhtəşəm mənzərəli bir restorana üz tuturuq. Restoranda isə bizə balıq yeməyi tövsiyə edirlər. Eyni zamanda qeyd edirlər ki, bu ərazilərdə yay fəslində çimərliklər olur.

Feribot (bərə) ilə Tuncəlidən Elazığa doğru

Gecəni Tuncəlidə keçirib səhər tezdən Elazğız doğru yola düşürük. Tuncəlidən Elazığa avtomobil yolu 2 saat çox yol var. Ancaq Fərat çayının üzərindən maşınlar bərəyə daxil olaraq bu yol ümumilikdə 1 saata başa gəlir.

Bərə ilə səyahət İstanbulu xatırladır. 20 dəqiqəyə Tuncəlidən Elazığa keçirik.

Şərqi Anadolunun Yuxarı Fərat hissəsində yerləşən Elazığ üç tərəfdən su ilə əhatə olunmuş yarımadada, Mesopotamiyaya həyat verən Fərat və Dəclə çaylarının vətəni, münbit torpaqları və Anadolu mədəniyyəti ilə yoğrulmuş bir şəhərdir. Şəhər tarixi boyu onlarla sivilizasiyaya ev sahibliyi edib.

Fərat çayı Elazığdan başladığı üçün burada olan universitetə də Fırat(Fərat) adı verilib.

Elazığ eyni zamanda Fərat çayından Peri Suyu çaylarına, Türkiyənin ikinci ən böyük su anbarı olan Keban bəndindən Xəzər və Karakaya göllərinə, Xəzərbaba Xizək Mərkəzindən tutmuş çimərliklərə, müxtəlif təbii gözəlliklərə və turizm obyektlərinə ev sahibliyi edir.

Elazığ eyni zamanda üzümü və şərabı ilə məşhurdur.

UNESCO-nun keçici siyahısına daxil edilən tarixi Harput şəhəri

Harput, Şərqi Anadolu Bölgəsinin Yuxarı Fərat hissəsinin cənubunda yerləşir. "Harput Yaylası" adlanan dağlıq bölgənin cənub ucunda yerləşir. Harput və onun ətrafında aparılan qazıntılara görə, burada ilk yaşayış Paleolit ​​dövrünə aiddir. Harput qədim zamanlardan Anadolunun mühüm yaşayış məntəqələrindən biri olmuşdur; Urartular, Farslar, Romalılar, Bizanslılar, Səlcuqlular, Anadolu bəylikləri və Osmanlılara ev sahibliyi etmiş bir şəhərdir.Harput tarixi strukturları, adət-ənənələri, mərasimləri, xalq mahnıları və folkloru, ənənəvi əl sənətləri və yerli oyunları ilə mədəni elementlərlə zəngindir.

Şefik Gül Mədəniyyət Evi

Elazığda ilk dayancağımız tarixi Harput ərazisində olan Şefik Gül Mədəniyyət Evi oldu.

Harputda Bizi Elazığ şəhər Mədəniyyət və Turizm Mərkəzinin Turizm Şöbəsinin müdiri Hasan Doğan Şefik Gül Mədəniyyət Evində qarşıladı.

H.Doğan bildirdi ki, hazırda muzeyə çevrilən bu ev 18-ci əsrin sonlarından inşa edilib.

“Bir şirkət tərəfindən bərpa edilərək “Muzey Evi” olaraq ziyarətçilərin istifadəsinə verilən Şefik Gül Mədəniyyət Evində Harputun ənənəvi yaşayış evi nümunələrini, insanların yaşayış şəklini görmək olar. Mədəniyyət evində qədimi əşyalar, ailələrin yaşayışı nümayiş etdirilir”.

Evin qapısındakı dəmirləri göstərən H.Doğan deyir ki, qapının üzərində qapı döymək üçün 3 növ dəmir var.

“Bunlardan biri kişilər, biri qadınlar, biri isə uşaq üçündür. Yəni evə gələn qonaq kişidirsə böyük dəmiri döyür, qapını evin kişisi açır, qadın qonaq isə nisbətən kiçik dəmirdən istifadə edirmiş.Ən kiçik dəmir isə uşaqların qapını döyməsi üçündür”.

Əyri minarəli Ulu Cami

Mədəniyyət evindən ayrılıb elə qonşuluqda olan Ulu Camiyə keçirik. Cami Kebir, Məscidi-i Muazzam və Əyri Minarəli Məscid kimi də tanınan Harput Ulu Məscidi 1157-ci ildə Artuqlu hökmdarı Fəhrəddin Karaarslan tərəfindən tikilmişdir. Bəzilərinə görə məscidin minarəsi bilərəkdən əyri şəkildə tikilib, bəzilərinə görə minarə zəlzələdən sonra əyilib. Anadolu və Səlcuqlu memarlıq xüsusiyyətlərinə malik olan məscidin minarəsinin, minbərin arxasındakı tut ağacının hələ də əyilmiş vəziyyətdə olması ilə bağlı yerli xalq arasında çoxlu rəvayətlər var.

Növbəti istiqamətimiz əzəmətli Harput qalası və ya Süd qalası olur.

Eramızdan əvvəl VIII əsrdə Urartular tərəfindən inşa edilən qala Harputun ən qədim qalığıdır. Sıldırım yamacda yerləşən Harput qalasının füsunkar mənzərəsi var. Bu qala eyni zamanda Süd qalası adlanır. Rəvayətə görə, Harputun Süd qalası olaraq da adlandırılmasının səbəbi, qalanın inşası zamanı yaşanan quraqlıq səbəbiylə palçıq hazırlanmasında su əvəzinə ətrafda yetişdirilən heyvanlardan əldə edilən südün istifadə edilməsi ilə bağldıdır. Qaladan eksponatlarla zəngindir. Eyni zamanda arxeoloqlar tərəfindən qalada qazıntı işləri aparılır. Hazırda qalada restavrasiya işləri aparılır.

Harput musiqi muzeyi

Qaladan təxmini 300 metr məsafədə yerləşən muzeydə Harputa aid sənəd əsərləri, musiqi alətləri, Harputun mədəni irsi nümayiş etdirilir.

Getdiyimiz digər şəhərlər kimi Elazığda da heyvanlara xüsusi sevgi var. Burada it və pişiklərin yola ani çıxa biləcəkləri ilə bağlı lövhə qoyulub. Hər addımda böyük itlər və pişiklər görmək mümkündür. İnsanlar heyvanlarla oynamaqdan, onlara qayğı göstərməkdən zövq alırlar.

Yeri gəlmişkən, əgər Elazığa gəldinizdə dadı damaqlarda qalan Harput dibek qəhvəsindən dadmağı unutmayın. Harputa özəl bu qəhvə növünün dadını izah etmək mümkün deyil.

Elazığ səfərimizi Eskibağlar Şərab Evi ilə yekunlaşdırırıq. Yuxarıda qeyd etdiyimiz kimi Elazığın üzümçülük və şərabçılıq sahəsində ixtisaslaşıb. Əgər yolunuz buradan şərabların dadına baxa bilərsiniz. Şam yeməyimizi burada yeyib, Elazığ hava limanına gedirik, oradan isə dünyanın birləşmə nöqtəsi olan İstanbula.

4 günlük çərçivəsində Türkiyənin şərqində yerləşən şəhər və rayonlarla bağlı fikirlərimizi tamamilə dəyişdi. Gördüyüm odur ki, Türkiyənin hər bir bölgəsi fərqli gözəlliyə, təbiətə malikdir. Qonaqpərvər Türkiyə insanından isə danışmağa sözlər kifayət etməz. Zəngəzur dəhlizi açılandan sonra bu ərazilərə öz avtomobilinizlə də rahat gələ bilərsiniz. Gəzdiyimiz ərazilərdə avtomobil yolları ilə sadəcə mükəmməl idi.

Həmçinin oxuyun:

Türklərin Anadoluya giriş qapısı, tarixi körpü, üzən adalar – Muş və Bingöldən REPORTAJ

Paylaş:
1990

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər