Baş prokuror Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşüb - FOTO

Qafar Ağayev17:50 - 29 / 11 / 2022
Baş prokuror Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşüb - FOTO

Noyabrın 29-da Baş prokuror Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində həyata keçirilən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Twinning” layihəsi çərçivəsində rəhbər komitənin növbəti iclasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olan Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az xəbər verir ki, qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri ilə hüquqi müstəvidə, o cümlədən aktivlərin bərpası sahəsində həyata keçirilən institusional və qanunvericilik islahatlarının davam etdirildiyini vurğulayaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maliyyə istintaqının yaradılması ilə bağlı baxılmaqda olan qanun layihələrinə dair ətraflı məlumat verib.

Görüşdə həmçinin cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilərək izlənilməsi, üzərinə həbs qoyulması, müsadirəsi və sonrakı idarəolunması ilə bağlı görülən işlərin miqyasının genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində Azərbaycan Prokurorluğununun benefisiarı olduğu tvinninq layihəsinin mühüm əhəmiyyəti olduğunu bildirilib, bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd edilib.

Kamran Əliyev Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, həmçinin digər ölkələrin prokurorluq və anti-korrupsiya qurumları ilə səmərəli əməkdaşlığın davam etdirilməsi və həmin qurumlar arasında Avropa İttifaqının institutlarının xüsusi yer tutmasını xüsusi vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Jidrunas Bartkus layihənin icrasına start verildikdən sonra görülən işlər barədə məlumat verməklə, əmlakların bərpası sahəsində ölkəmizin qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən hazırlanmış qanun layihələrinin işin səmərəliliyinin artırılmasında mühüm rolu olacağını vurğulayıb.

Qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunaraq, Azərbaycanla Litvanın hüquq mühafizə orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edildi.

Paylaş:
293

Son xəbərlər

Yanvarda yol qəzalarında 55 nəfər ölübBu gün, 10:32Qusarda 53 yaşlı kişi Yeni il günündən bəri itkin düşübBu gün, 10:12Mingəçevir Su Anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıbBu gün, 10:07Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 10:00Ramin Binnətov 44 yaşında İT karyerasına başladı: “Təhsil daim inkişaf etmək deməkdir və mən heç bir fürsəti əldən vermirəm” - FOTOBu gün, 09:50KTM-nin mətbuat xidmətinin rəhbəri işdən çıxıbBu gün, 09:48Zakir Həsənov Türkiyəyə səfər edəcəkBu gün, 09:23Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 09:22Balakəndə keçmiş məhkumdan snayper tüfəngi götürülüb - FOTOBu gün, 09:08BNA: 102 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 09:04Lope de Veqanın yeni pyesi tapılıbBu gün, 09:00Azərbaycan nefti ucuzlaşmaqda davam edirBu gün, 08:50Məktəblərdə qış tətili başa çatıbBu gün, 08:46Bakıda sıxlıq olan yollar açıqlanıb - SİYAHIBu gün, 08:40Bloger və jurnalistlərin birinci forumu - “Çıxışa doğru”da MÜZAKİRƏ31 / 01 / 2023, 23:18Dəmir yolu üzrə də gediş haqqı artırılacaq? - ADY-dan açıqlama31 / 01 / 2023, 20:21Zərif və dəbdəbəli: Wyndham Garden Baku-nun möhtəşəm açılışı oldu - FOTO31 / 01 / 2023, 19:49“Hədəfli maliyyə sanksiyaları haqqında” qanun təsdiqləndi31 / 01 / 2023, 17:53Dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydası hazırlanacaq31 / 01 / 2023, 17:51Naxçıvanın prokuroru vəzifəsindən azad edilib31 / 01 / 2023, 17:46
Bütün xəbərlər

Next TV