Şəxsi avtomobildən ictimai nəqliyyata keçməyə hazırıq? - Bakının tıxac probleminin həlli yolları - ŞƏRH | 1news.az | Xəbərlər
Müsahibə

Şəxsi avtomobildən ictimai nəqliyyata keçməyə hazırıq? - Bakının tıxac probleminin həlli yolları - ŞƏRH

Qafar Ağayev13:10 - 03 / 12 / 2022
Şəxsi avtomobildən ictimai nəqliyyata keçməyə hazırıq? - Bakının tıxac probleminin həlli yolları - ŞƏRH

Son vaxtlar Bakı sakinlərinin ən böyük problemlərindən biri avtomobil sıxlığı, tıxaclardır.

Xüsusilə sentyabr ayından etibarən Bakı küçələrindən tıxaclar, sıxlıq əskik olmur. Bununla bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülsə də, bu tədbirlər də o qədər effektiv olmayıb. Dünyanın bir çox böyük şəhərlərində olduğu kimi paytaxt Bakıda da ictimai nəqliyyatın, xüsusilə də avtobusların maneəsiz hərəkətini təmin etmək üçün Bakı Nəqliyyat Agentliyinin təklifi ilə bəzi küçə və prospektlərə avtobus zolaqları çəkilib. Bəzi avtomobil sürücüləri bu zolaqların çəkilməsinin yolları daha da dar etməsi fikrini irəli sürərək bundan narazı olsalar da, ictimai nəqliyyatdan istifadə edən paytaxt sakinləri bu addımı müsbət qiymətləndirərək belə zolaqların sayının artmasını istəyirlər. Bütün bunlarla yanaşı, bu zolaqların Bakıda öz effektini verməməsi ilə bağlı da fikirlər irəli sürülür. Bu fikirləri irəli sürənlərin arqumenti, zolaqların davamlı olmaması, zolaqlara nəzarətin olmaması və yollarda məhdudiyyətlərin avtobuslara da aid olmasıdır. Paytaxtda əhalinin və avtomobillərin günü gündən artdığını nəzərə alsaq, bu zolaqlar əhatə dairəsinin genişləndirilməsi olduqca vacibdir.

Bəzən tıxacların qarşısını almaq üçün paytaxt sakinlərinə şəxsi avtomobildən istifadəni azaltmaqla bağlı təkliflər, çağırışlar edilir. Bu çağırışlara bəlkə şəhər mərkəzində yaşayanlar müəyyən qədər müsbət reaksiya verərək avtomobildən istifadəni azaltmaqla bağlı düşünə bilər, ancaq Bakıətrafı qəsəbələrdən, Abşerondan, Sumqayıtdan gələnlər bu təklifi heç də müsbət qarşılamır.

Bunun isə başlıca səbəbi paytaxtdan kənar olan qəsəbələrdə ictimai nəqliyyatın şəhərin mərkəzi ilə müqayisədə çox geridə qalmasıdır. İllər əvvəl şəhər mərkəzində də avtobusun qapısından sallanan sərnişinləri hazırda şəhər mərkəzində işləyən avtobuslarda görməsək də, Bakının kənd və qəsəbələrinə gedən avtobuslarda hazırda da bu mənzərəni görmək mümkündür. İctimai nəqliyyatın şəhər mərkəzi ilə müqayisədə dəfələrlə geridə qalması bu Bakıətrafı qəsəbə və kəndlərinə gedənləri alternativ axtarmağa vadar edir. Bu alternativ isə “manatlıq” taksilər olur.

İctimai nəqliyyatla müqayisədə şəxsi avtomobillərin dəfələrlə xərcli olduğunu nəzərə alsaq, qurum rəsmilərinin və ekspertlərin şəxsi avtomobildən az istifadə ilə bağlı çağırışları qulağa xoş gəlir.

Bəs, görəsən, Bakıda sıxlıqların və yaxud tıxacların azaldılması üçün görülən tədbirlər yetərlidirmi? Şəxsi avtomobildən istifadəni azaltsaq, bu tələbi ictimai nəqliyyat qarşılaya biləcəkmi? Çəkilən avtobus zolaqlarından indiyədək istənilən nəticəni almaq olubmu?

Bütün bu məsələlərə cavab axtarmaq üçün Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərliyə və Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevə müraciət etdik.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli 1news.az-a deyib ki, paytaxt ərazisində yollarda hərəkət sıxlığının və yaxud tıxacların olmaması üçün ilk olaraq bütün hərəkət iştirakçıları nəzərdə tutulmuş qaydalara hörmətlə, diqqətlə yanaşmalıdır.

“Bu münasibət qanunvericiliyin tələbləri çərçivəsində olmalıdır. Yəni hər bir hərəkət iştirakçıları öz hüquq və vəzifələrini düzgün şəkildə icra etməlidir. Əlavə olaraq da, şəhər mühitinin reallığı düzgün qiymətləndirilməlidir. Yollarda yaranmış sıxlıqların obyektiv səbəbləri var, əhali sayının, avtomobil sayının çox olması sıxlığı yaradan amillərdir. Paytaxt əhalisinin sayı 5 milyona yaxınlaşır bu ciddi rəqəmlərdi, respublika ərazisində 1 milyon 700 minə yaxın nəqliyyat vasitəsi qeydə alınıb, onların 70 faizə qədəri Bakı şəhərində idarə olunur. Bütün bunlar real sıxlığı şərtləndirən əsas amillərdir. Lakin, bu qədər hərəkət sıxlığına səbəb olan real amillərlə yanaşı süni şəkildə məsuliyyətsiz şəkildə baş verənlər də vəziyyəti gərginləşdirir. Sürücü əvvəlcədən gedəcəyi yolun marşrutunu əvvəlcədən müəyyənləşdirməlidir, nəqliyyat vasitəsinin parketmə imkanları barəsində informasiyanı düzgün əldə etməlidir. Bəzi sürücülər bunları nəzərə almayaraq, düşünür ki, avtomobili istədiyi kimi yolun hərəkət istiqamətində park edə bilər, bu isə öz növbəsində sıxlığa səbəb olan amillərdən biridir. Şəxsi nəqliyyat vasitələrinin eyni vaxtlarda yollara çıxmağı da sıxlıq yaradan səbəblərdəndir. Eyni zamanda sürücülər yolayrıcılarını düzgün keçməli, nasaz avtomobillə yola çıxmamalı, zolaqları qanuna uyğun dəyişməlidir. Məsələn, nasas nəqliyyat vasitəsi paytaxtın əsas küçə və prospektlərində qısa bir müddət qaldıqda, xüsusilə günün pik saatlarında yolun zolaqlarından birini tutması böyük tıxaclarta səbəb olur. Bütün bunlar mərkəzi küçə və prospektlərdə yol polisinin işini çətinləşdirir, ona görə, yol polisi "svetofor"la tənzimlənən yolayrıcılarında belə hərəkəti fiziki olaraq tənzimləmək məcburiyyətində qalır.

Yollarda sıxlığın yaranmaması üçün şəxsi məsuliyyət hissi də önəmlidir. Sürücünün, digər hərəkət iştirakçılarının yola münasibəti tamamilə fərqli olmalıdır. Burada kiçik bir səhv, məsuliyyətsizlik yolun hərəkət harmoniyasını ciddi şəkildə pozur. Yol polisi tam gücləndirilmiş şəkildə fəaliyyət göstərir, ancaq nəzərə almaq lazımdır ki, yol polisi inspektorunun hər yolayrıcı, hər küçədə hərəkəti tənzimləməsi fiziki baxımdan mümkün olmaz. Biz çalışırıq ki, mərkəzi küçə və prospektlərdə bu prosesi həll edək”.

A.Əsgərli qeyd edib ki, avtobus zolaqları paytaxt Bakıda mövcud yol infrastrukturunda çəkilib.

“Uzun müddətdir ki, paytaxtın bəzi küçə və prospektlərində hərəkət zamanı həmin zolaqlardan istifadə edilir. Bu gün də ictimai nəqliyyatın daha da inkişaf etməsi üçün, vətəndaşların ictimai nəqliyyatdan istifadəsini stimullaşdırmaq üçün və yollarda hərəkət sıxlığının qarşısının addımlar atırılır. Şəhərin müxtəlif istiqamətlərində sürücülər məsuliyyətsiz yanaşaraq avtobus zolaqlarının tələblərini pozur. Yol polisi olaraq bizim imkanlarımız ondan ibarətdir ki, avtobus zolağına daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati tənbeh tədbirləri seçə bilirik. Təyinatı olmayan nəqliyyat vasitəsinin avtobus zolağına daxil olmasına görə sürücüyə inzibati xətalar məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimə yazılır. Bu qayda pozuntusu yalnız ərazidə xidmət göstərən yol polisi tərəfindən deyil, eyni zamanda xüsusi texniki vasitələrlə müəyyən edilərək məsuliyyətə cəlb edilə bilir. Sürücülər bilməlidir ki, təyinatı olmayan nəqliyyat vasitəsinin avtobus zolağına daxil olması qayda pozuntusudur. Avtobus zolaqları parklanma yeri deyil, digər nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmayıb. Hər bir məsələni yalnız inzibati məsuliyyət hissi ilə yox, biraz da ictimai məsuliyyət hissi ilə dəyərləndirmək lazımdır. Digər sürücülər eqoist formada yanaşmayaraq avtobusların zolaqlarda maneəsiz hərəkətinə imkan yaratmalıdır”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, şəxsi avtomobildən istifadəni azaldıb ictimai nəqliyyata önəm verməklə bağlı çağırış əslində şəhərin nəqliyyat sistemində prioritetlərin dəyişdirilməsinə yönəlib.

“Burada söhbət şəhərin ictimai nəqliyyat sisteminin inkişafı, ona diqqətin artırılması və nəticə etibarı ilə sərnişinlər üçün əlçatan, etibarlı və rahat inteqrasiya olunmuş ictimai nəqliyyat sistemin formalaşmasından gedir. Əlbəttə ki, bu çağırışla biz onu nəzərdə tutmuruq ki, günü bu gün hamımız avtomobildən imtina edək və səyahətlərimizi avtobuslarla edək. Şəhərin mobillik, yəni hərəkətlik imkanlarının artırılması üçün nəzərdə tutulan tədbirlər mərhələ ilə ardıcıl və sistemli şəkildə aparılmalıdır. Avtobuslar üçün xüsusi zolaqların təşkili da bu işlərin tərkib hissəsidir. Eyni zamanda da mobillik istiqamətində ilk və ən vacib addımdır".

“İctimai nəqliyyat xidmətləri keyfiyyərinin artırılmaq məqsədilə Bakı Nəqliyyat Agentliyi 49 küçə və prospektdə xüsusi zolaqların təşkil olunmasını təklif edib” – deyə, M.Ağayev əlavə edib:

“Bu küçə və prospektlərin hər biri şəhərin vacib ictimai nəqliyyat dəhlizi hesab edilir. Artıq 17 küçə və prospektdə zolaqlar təşkil edilib. Zolaqlar olan küçələrdən keçən marşrut sayı 112-dir. Lakin xüsusi zolaqların şəbəkə halında hələ də formalaşmaması, eyni zamanda nəzarət tədbirlərinin zəif olması hədəflənən nəticəni əldə etməyə imkan vermir.

İndiki halda yollardakı nəqliyyat sıxlıqları və tıxac zamanı avtobuslar da digər avtomobillər kimi ləngimə ilə hərəkət edir. Nəticədə marşrut xəttləri üzrə avtobusların hərəkət cədvəllərində əhəmiyyətli gecikmələr baş verir. Həmçinin hərəkət sxemi boyunca dayanacaqlarda sərnişinlər dəqiqələrlə avtobus gözləməli olurlar. Beləliklə də, ictimai nəqliyyatın cəlbediciliyi azalır və insanlar səyahətlərini şəxsi avtomobil, eləcə də taksi ilə reallaşdırmalı olurlar. Yollar yüklənməklə sıxlıq və tıxac halları artır”.

Paylaş:
2401

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər