Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanın elm və təhsil müəssisələri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanın elm və təhsil müəssisələri ilə görüş keçirilib

15:00 - 05 / 12 / 2022
Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanın elm və təhsil müəssisələri ilə görüş keçirilib

Bakı, 5 dekabr 2022 – Azərkosmos Beynəlxalq Astronavtika Federasiyası ilə birgə gələn il Bakının evsahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanın elm və təhsil müəssisələri ilə görüş keçirib.

1news.az-ın məlumatına görə, görüşün məqsədi 2-6 oktyabr 2023-cü ildə ölkəmizdə baş tutacaq Beynəlxalq Astronavtika Konqresində Azərbaycanın elm, təhsil və tədqiqat sahəsinin daşıdığı önəm, beynəlxalq kosmik ictimaiyyət qarşısında ölkəmizin elm istiqamətində inkişafını göstərmək və ümumiyyətlə Konqresə Azərbaycanın, həmçinin bizə yaxın regiondakı ölkələrin elm insanlarının aktiv cəlb olunmasına həsr olunub.

ADA universitetində baş tutan tədbirdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və təhsil müəssisələrinin rəsmi nümayəndələri iştirak ediblər.

Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə kosmik sənayenin inkişafına mühüm töhfə verəcəyini, o cümlədən Azərbaycana, həmçinin regionumuza kosmik ekosistemin qurulması və inkişafında aparıcı qüvvə kimi çıxış etmək imkanı qazandıracağını qeyd edib.

2-6 oktyabr 2023-cü ildə Bakı şəhərində keçiriləcək konqresdə elm və təhsil sahəsində “Call For Paper” adlı kosmik sahə üzrə elm müsabiqəsi, “Kosmik Liderlər Qrant Proqramı”, “Gənc Kosmik Liderlərin Tanınması Proqramı”, “Gənc Peşəkarlar Proqramı” , “IAF Tələbə Müsabiqəsi, “Malina Astronavtika Medalı və Napolitano Mükafatı” kimi böyük təşəbbüslər həyata keçiriləcək.

Konqresdə elm insanları kosmosun imkanlarına həsr olunmuş 180-dən çox texniki sessiyada iştirak edə biləcək. Bu barədə ətraflı məlumat Bakı Konqresinin https://www.iac2023.org/ vebsaytında yerləşdirilib.

Azərkosmos ali təhsil müəssilərindən elm və tədqiqatla məşğul olan tələbələri, müəllim və professor heyətini, təqaüddə olan müəllim və tədqiqatçıları, orta məktəbdə çalışan müəllimlər, xüsusilə STEAM təhsil sahəsində fəaliyyət göstərən müəllimləri Beynəlxalq Astronavtika Konqresi çərçivəsində aktiv iştirak etməyə dəvət edib.

Daha sonra tədbirdə çıxış edən Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Dr. Kristian Faytinger Federasiyanın ölkələr arasında sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal əməkdaşlıq yaratdığını bildirib.

Hər il Federasiya, konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə hazırlıq işlərinin effektiv və koordinasiyalı həyata keçirilməsi üçün 2022-ci ilin fevral ayında yerli dövlət qurumlarından ibarət Təşkilat Komitəsi yaradılıb.

Əslində Konqres Bakı üçün yad tədbir deyil. Bakı 1973-cü ildə 24-cü Beynəlxalq Astronavtika Konqresinə uğurla ev sahibliyi edib. Bu tədbir ilk dəfə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə - 1973-cü il oktyabrın 7-dən 13-dək Bakıda “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında keçirilib. 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinin uğurla başa çatması Azərbaycanın bu sahədəki potensialına inamı xeyli artırdı. Məhz həmin inamdan irəli gələrək Ulu Öndər Heydər Əliyev 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzi – "KASPİ" Elmi Mərkəzinin yaradılması haqqında tarixi qərar verdi. Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanmış rentgen teleskopu 15 il ərzində "Salyut” və “Mir" orbital komplekslərində fəaliyyət göstərmiş və SSRİ dövründə 60-a qədər elmi-tədqiqat və təcrübi-konstruktor işlərini yerinə yetirmişdir.

Tədbirin sonunda elm və təhsil insanlarının ölkəmizdə keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində aktiv iştirakına dair fikirlər səsləndirilib.

Konqresin Bakı şəhərində keçirilməsi kosmos sahəsində çalışan elm xadimləri, ələlxüsus gənc tədqiqatçılar və tələbələr üçün heç şübhəsiz ən əlverişli və uyğun platforma olacağı vurğulanıb.

1news.az

Paylaş:
422

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər