Şəmkirdə narkokuryerlər saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə narkokuryerlər saxlanılıb - FOTO

Qafar Ağayev11:18 - 05 / 12 / 2022
Şəmkirdə narkokuryerlər saxlanılıb - FOTO

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam respublikasından qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Elşad İbrahimov və Nurəddin Hüseynov rayon ərazisində gizlədilən narkotik vasitəni 12000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin Gürcüstan Respublikası ilə sərhəd rayonlarına aparmağa razılaşıblar.

Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan qara bazarda təqribi qiyməti yarım milyon ABŞ dollarına yaxın olan 8 kq 122 qram heroin, 2 kq 297 qram tiryək, 111 qram psixotrop maddə olan metamfetamin və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində E.İbrahimovun daha əvvəllər də iranlı vətəndaşla cinayət əlaqəsinə girərək kiçik həcmdə narkotik transferi etməsi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
379

Son xəbərlər

IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcəkBu gün, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunubBu gün, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıbBu gün, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTOBu gün, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilibBu gün, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublarBu gün, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıbBu gün, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıbBu gün, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıbBu gün, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 1Bu gün, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıbBu gün, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİBBu gün, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 14:46Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib - YENİLƏNİBBu gün, 14:41Yanvar-mart aylarında ölənlərin sayı açıqlanıbBu gün, 14:13ADY: İnklüziv nəqliyyat – Maneəsiz səyahət - FOTOBu gün, 14:11Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİBBu gün, 14:02Azərbaycanda nikahların sayı azalıbBu gün, 13:58Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİBu gün, 13:45Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEOBu gün, 13:35
Bütün xəbərlər