Parlamentdə 2023-cü ilin dövlət büdcəsi üçüncü oxunuşda qəbul edilib | 1news.az | Xəbərlər
Rəsmi

Parlamentdə 2023-cü ilin dövlət büdcəsi üçüncü oxunuşda qəbul edilib

11:16 - 09 / 12 / 2022
Parlamentdə 2023-cü ilin dövlət büdcəsi üçüncü oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsi müzakirə edilib.

1news.az xəbər verir ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Layihəyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri isə milyard 33 milyard 353 milyon 278 min manat təşkil edəcək.

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər