“Volkov, sənin yiyən var?” – AzTV-dən haqlı sual | 1news.az | Xəbərlər
Cəmiyyət

“Volkov, sənin yiyən var?” – AzTV-dən haqlı sual

Qafar Ağayev13:26 - 12 / 12 / 2022
“Volkov, sənin yiyən var?” – AzTV-dən haqlı sual

AzTV Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkovla bağlı aktual şərh yayımlayıb.

1news.az xəbər verir ki, “Həftə” verilişinin aparıcısı Rövşən Məmmədov Volkovun və tabeçiliyində olan hərbçilərin azərbaycanlılara qarşı saymazyana hərəkətlərinin, separatçı ermənilərə, iranlı casuslara hamilik etməsinin arxasında kiminsə dayandığına işarə edib.

“Axı sülhməramlı kontingentin rəhbərini kimsə təyin edir. Əgər bu təyinat – təbii ki, bu belədir – Moskvadan gəlirsə, Volkovun atdığı addımlara istiqamət verən Moskvadırsa, o zaman belə çıxır ki, o, gördüyü işlərlə bağlı hesabatı Rusiya Prezidenti Vladimir Putinə verir. O halda onun yarıtmaz fəaliyyətinə niyə Kremldən reaksiya gəlmir? Belə çıxır ki, Volkovun Vardanyanla şərikli biznesinin bir ucu da rəsmi Kremlə gedib çıxır”, - deyə şərhdə qeyd olunur.

Bu gün Volkovun atdığı pozucu addımların Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbələr vurduğu da şərhdə vurğulanıb.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlər qeyri-qanuni istismar edilir. Azərbaycan tərəfi bununla bağlı sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib, lakin müraciətə müsbət cavab verilməyib. Ötən həftə Azərbaycan həmin ərazilərə ekoloji missiya göndərib, amma sülhməramlılar azərbaycanlı jurnalistlərin işinə maneə törədib, onların danışıqların aparıldığı Xocalı rayonuna girişinə icazə verməyib.

Bu gün isə Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyası keçirir. Onlar faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.

Paylaş:
370

Son xəbərlər

Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldıBu gün, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdiBu gün, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıbBu gün, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTOBu gün, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”Bu gün, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlibBu gün, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilibBu gün, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİKBu gün, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilibBu gün, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilirBu gün, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilibBu gün, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçiribBu gün, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı veribBu gün, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?Bu gün, 13:16Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdırBu gün, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlibBu gün, 12:28Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edibBu gün, 11:54İlham Əliyev Kamboca Kralını təbrik edibBu gün, 11:23Kamaləddin Qafarov: “Dövlət Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır”Bu gün, 11:21
Bütün xəbərlər