Azərbaycan XİN rəhbəri: Türkmənistanda tarixi gün yaşayırıq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN rəhbəri: Türkmənistanda tarixi gün yaşayırıq

14:06 - 14 / 12 / 2022
Azərbaycan XİN rəhbəri: Türkmənistanda tarixi gün yaşayırıq

Bu gün biz sözün əsl mənasında Türkmənistanda tarixi gün yaşayırıq.

1news.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu gün Azərbaycan, Türkiyə və Türkmənistan liderləri ilk dəfə olaraq üçtərəfli formatda görüşüb: “Bu ərəfədə böyük hazırlıq işləri həyata keçirilib, heyətlər kifayət qədər uzun müddət ərzində çalışıblar. Dünən həm üç ölkənin xarici işlər nazirləri arasında, eyni zamanda, nəqliyyat və energetika nazirləri arasında ayrı-ayrı toplantılar keçirilib. Hər bir mühüm sahə üzrə geniş müzakirələr aparılıb və sənədlərin hazırlanmasına yekun töhfələr verilib. Ölkələrimizin xalqları arasında tarixi, dostluq, qardaşlıq, vahid dini, mədəni bağlantılara çox böyük diqqət yetirilib. Bu, bizim birgə olmağımızın, birgə fəaliyyətimizin ən təbii əsasıdır”.

1news.az

Paylaş:
587

Son xəbərlər

Bütün xəbərlər