Livanda BMT-nin konvoyuna hücum olundu - 1 sülhməramlı əsgər öldürüldü | 1news.az | Xəbərlər
Dünya

Livanda BMT-nin konvoyuna hücum olundu - 1 sülhməramlı əsgər öldürüldü

15:14 - 15 / 12 / 2022
Livanda BMT-nin konvoyuna hücum olundu - 1 sülhməramlı əsgər öldürüldü

Livanda BMT-nin konvoyuna hücum nəticəsində 1 irlandiyalı əsgər ölüb, digərinin vəziyyəti isə ağırdır.

1news.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə İrlandiya Müdafiə Qüvvələri məlumat yayıb.

İrlandiyanın xarici işlər naziri Saymon Konvenin sözlərinə görə, insident baş verən zaman BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinə (UNIFIL) daxil olan əsgərlər bu ölkənin cənubundakı əməliyyat bölgəsində standart bir marşrutla hərəkət edirmiş: “İki zirehli texnika faktiki olaraq bir-birindən ayrı düşüb. Onlardan biri kütlə tərəfindən mühasirəyə alınıb, atışma başlayıb. Təəssüf ki, nəticədə sülhməramlılarımızdan biri həlak olub”.

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər