Bakıda körpə küçəyə atıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda körpə küçəyə atıldı - FOTO

14:47 - 20 / 12 / 2022
Bakıda körpə küçəyə atıldı - FOTO

Bakıda ötən gün körpə küçəyə atılıb.

1news.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, körpə dünən gecə saatlarında paytaxt sakinlərindən birinin qapısına tanımadığı şəxs tərəfindən qoyulub və o uşağı sığınacağa gətirib: “Körpənin üzərində özünün və anasının sənədi tapılıb. Hazırda körpənin hansı səbəbdən tərk edilməsi və anasının tapılması üçün araşdırma aparılır. O, müayinə olunaraq sığınacağımıza yerləşdirilib”.

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər