BQXK-nın müraciəti əsasında xəstə uşağın Xankəndidən Ermənistana aparılmasına şərait yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BQXK-nın müraciəti əsasında xəstə uşağın Xankəndidən Ermənistana aparılmasına şərait yaradılıb

10:21 - 24 / 12 / 2022
BQXK-nın müraciəti əsasında xəstə uşağın Xankəndidən Ermənistana aparılmasına şərait yaradılıb

Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 24 dekabr saat 09:00-da xəstəliyinin müalicəsi ilə əlaqədar 2022-ci il təvəllüdlü Vladimir Balayan və onun valideynlərinin komitənin əməkdaşlarının müşayiəti ilə komitəyə məxsus minik avtomobilləri ilə Xankəndidən Ermənistana keçidinə və həmin gün eyni tərkibdə geriyə Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, müraciətdə, geri qayıdarkən avtomobillərin baqajında Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatların daşınacağı bildirilib.

1news.az

Paylaş:
280

Son xəbərlər

Bütün xəbərlər