Azərbaycan Prezidenti Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib

13:59 - 26 / 12 / 2022
Azərbaycan Prezidenti Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

1news.az xəbər verir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlət başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər