Prezident DGK sədrinin 2 müavinini işdən çıxardı - Yeni təyinat | 1news.az | Xəbərlər
Rəsmi

Prezident DGK sədrinin 2 müavinini işdən çıxardı - Yeni təyinat

11:29 - 28 / 12 / 2022
Prezident DGK sədrinin 2 müavinini işdən çıxardı - Yeni təyinat

Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Həsən oğlu Abdullayev vəzifəsindən azad edilib.

1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə sədrin müavini İqbal Alıcan oğlu Babayev vəzifəsindən azad olunub.

İlham Əliyevin daha bir Sərəncamı ilə Natiq Telman oğlu Şirinov sədrin müavini təyin olunub.

Xatırladaq ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər