İdxalı əvəzləyəcək yerli ərzaq məhsullarının siyahısı hazırlanacaq
İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı hazırlanacaq.
1news.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
740