Bayramda zəhərlənmək istəmirsinizsə, bu qidalardan uzaq durun - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Bayramda zəhərlənmək istəmirsinizsə, bu qidalardan uzaq durun - MÜSAHİBƏ

Aynurə Xudaverdiyeva16:37 - 30 / 12 / 2022
Bayramda zəhərlənmək istəmirsinizsə, bu qidalardan uzaq durun - MÜSAHİBƏ

Qarşıdan Yeni il gəlir.

Dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da Yeni il münasibətilə bayram süfrəsi bəzənir. İnsanlar bayram süfrəsində yemək çeşidləri cürbəcür olduğundan fərqli qidalar qəbul edirlər. Bununla da bayram ərəfələri qida zəhərlənməsi hallarının artdığı dönəm olaraq müşahidə olunur.

Bunların arasında turşulardan, salatlardan, hətta alkoqoldan zəhərlənən insanlar az deyil. Bəzi insanlar zəhərlənmə zamanı həkimə müraciət etsələr də, bəziləri gecikirlər və bu ölümlə nəticələnir. Bəs hansı qidaları necə qəbul edək ki, zəhərlənmə halları ilə rastlaşmayaq? Ümumiyyətlə, ən çox zəhərlənməyə səbəb olan məhsullar hansılardır?

Məsələnin aktuallığını nəzərə alaraq 1news.az Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədovdan müsahibə aldı.

Müsahibəni diqqətinizə çatdırırıq:

- Emin bəy, bayram günlərində insanlar qidalandıqları zaman nələrə diqqət etməlidirlər?

- Bayram günlərində insanların diqqət etməli olduqları əsas məqam sağlamlıq durumuna uyğun qidalanmaqdır. Əgər pasientin öd-daş xəstəliyi, mədə xorası, kəskin və ya xroniki qastritdən əziyyət çəkirsə, mədəaltı vəz, ya da qaraciyərində ciddi bir problemlər varsa, bunların hər birinə individual yanaşmaq lazımdır. Ümumi götürdükdə isə insanlar gündəlik qidalanma rejiminə riayət etməlidirlər. Yəni hansı aralıqlarla qida qəbul edirdilərsə, ona uyğunlaşsınlar. Bəli, yeməyin həcmində müəyyən artımlar ola bilər, amma qidalar arasında olan interval qorunmaq şərtilə olmalıdır. Arzuolunandır ki, qidalanan zaman daha çox zülallı qidalara üstünlük versinlər. Bayram ərəfəsində balıq, quş ətləri, qırmızı ətlərdən istifadə edə bilərlər. Alternativ olaraq meyvə-tərəvəzdən bol istifadə də tövsiyyə olunur. Mövsümi meyvə-tərəvəzə üstünlük verilməsi, zülali və az yağlı qidalar məsləhətlidir. Yağlardan isə zeytun, qarığdalı və günəbaxan yağlarından istifadə olunsa daha yaxşıdır, çalışmaq lazımdır ki, marqarindən və doymuş yağlardan uzaq dursunlar. Ən az şəkər qəbulunu tövsiyyə edirik. Çünki bayram ərəfəsində insanların çəki almaq ehtimalı daha yüksəkdir. Həm də şəkərlə zəngin olan qidalar həzm problemləri - köp, dispepsiya, ağırlıq hissi və s. yaratmağa başlayır.

- Hansı tərkibli qidaları qarışdırmaq olmaz?

- Bəzi qidalar var ki, onlar birgə qəbul edildikdə bir-birinin sovrulmasına mane olur. Yəni ki, onun tərkibində olan lazımi qidaların, vacib elemetlərin sovrulmasında çətinlik yaradır. Məsələn yağlı qidalar, yağlı ət qəbul edilirsə, ondan sonra su içilirsə, bu qidadakı yağda həll olan vitaminlərin sorulması prosesini pozur. Arzuolanandır ki, yağlı qidaların qəbulundan 2-3 saat ərzində sərin mayelər içilməsin. Bir də qazlı içkilərdən uzaq durmağı məsləhət görürük. Çünki sözügüdən mayelərin mədədə gedən fiziolojk həzm prosesini ləngidir. Tərkibində soğan, sarımsaq və moyanez olan qidaların boş mədəyə qəbulu tövsiyyə olunmur.

- Bayram günlərində ən çox zəhərlənmələr hansı qidalardan olur?

- Bilirsiniz ki, bu mövsüm tutma və turşuların ən çox istifadə edildiyi perioddur. Zəhərlənmələrə ən çox səbəb olan tutma-turşulardır. Belə ki, onların hazırlanması zamanı tam steriliyə əməl olunmayıbsa, bizim ən çox qoxduğumuz qida toksiki zəhərlənmələri və botulizmdir. Botulizm ən çox konserv qidalardan və pomidor tutmalarından baş verir. Balıq məhsulları da zəhərlənmələrə ən çox səbəb olan qidalar arasındadır. Seçim edən zaman məhsulların təzəliyinə diqqət etmək lazımdır. Bildiyimiz kimi insanların bayram günlərində alkoqol qəbulu normadan 2-3 dəfə çoxalır. Keyfiyyətsiz spirtli içkilər də zəhərlənmələrə səbəb ola bilir. Alkoqolun çox qəbul olunması zəhərlənmələrə gətirib çıxarır. Mümkün olduğu qədər alkoqoldan uzaq durmaq tövsiyyə olunur.

- Təcili Tibbi Yardı gələnə qədər insanlar zəhərləndiklərini hiss etdikdə nələr etməlidirlər?

- Qida qəbulundan 2-4 saat sonra pasientlərdə ürəkbulanma, halsızlıq, təyziqin düşməsi, ishal halları hiss olunursa, mütləq şəkildə ilk növbədə təcili tibbi yardıma ya da öz həkimlərinə müraciət etməlidirlər. Evdə isə özünün edə biləcəyi bol mayenin və aktiv kömürün qəbuludur. Amma həkimə müraciət etmək vacibdir. Lazım olarsa, toksikoloji şöbələrə pasientlər yatırılmalıdır. Unutmayaq ki, zəhərlənmə halları ciddi həyati təhlükə daşıyır. Hətta gözardı edilsə, ölümlə də nəticələnə bilir. Məsləhətdir ki, insanlar hazırladıqları qidaları növbəti günlərə saxlamasınlar, həmin gün tükətsinlər.

Paylaş:
2215

Son xəbərlər

Bütün xəbərlər