Şamil Ayrım Prezident İlham Əliyevi təbrik edib
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
1news.az xəbər verir ki, Məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, ömür boyu xoşbəxtlik arzulayıram.
Zati-alinizin humanist, müdrik siyasəti sayəsində Azərbaycan Respublikası dünyada gündən-günə etibarını möhkəmləndirir.
Möhtərəm Prezident, fürsətdən istifadə edərək cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Türkiyə və Azərbaycan arasında böyük layihələrin reallaşmasını təmin etdiyinizə görə təşəkkürümü bildirirəm.
Ən dərin hörmət və ehtiramla".