Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

11:34 - 02 / 01 / 2023
Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə milli çempionatların yüksək dəstəsində ən çox qol vurmuş oyunçuların siyahısını açıqlayıb.

1news.az IFFHS-in saytına istinadən xəbər verir ki, bu siyahıya düşmək üçün futbolçunun klubu dünya ölkələrinin liqalarının reytinqində “ilk 100-lük”də olmalıdır.

Bu səbəbdən ötən il 35 dəfə fərqlənərək ən çox qol vuran monteneqrolu Boris Kopitoviç bu siyahıdan kənarda qalıb. Onun çıxış etdiyi “Tampins Rovers” “100-lüy”ə düşə bilməyən Sinqapur liqasını təmsil edir.

Qalib isə Braziliyanın “Fluminense” klubunun hücumçusu German Kano olub. Argentinalı ötən ili 33 qolla tamamlayıb.

Sinqapurun “Albireks Niqata” klubundan Kodai Tanaka və Yeni Zelandiya təmsilçisi “Kaşmer Texnikal”ın üzvü Qarban Kuqlan da eyni sayda qol vursalar da, sözügedən səbəblərdən siyahıdan kənarda qalıblar.

İkinci pillənin sahibi Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappedir. O, geridə qoyduğumuz ildə 32 dəfə qol sevinci yaşayıb.

“İlk 3-lüy”ü Meksika “Paçuka”sından argentinalı Nikolas İbanyez qapayır – 31 qol.

Ötən ili Almaniyada “Borussiya Dortmund” və İngiltərədə “Mançester Siti”nin heyətində keçirmiş norveçli Erlinq Holand 30 qolla 4-cüdür.

İlə “Bavariya”da (Almaniya) başlayan və “Barselona”da (İspaniya) yekun vuran polşalı Robert Levandovski isə 29 qolla 5-ci olmağı bacarıb.

Paylaş:
1047

Son xəbərlər

Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaqBu gün, 11:19Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib - FOTOBu gün, 10:49Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTOBu gün, 10:36Bakıda 4 otaqlı ev yanıbBu gün, 10:11Azərbaycanı təmsilçilərinin “Avroviziya 2023”də çıxış edəcəyi nömrə bəlli olubBu gün, 09:46Yardımlıdan Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanıldı - FOTOBu gün, 09:36Ağcabədi sakinindən “Kalaşnikov” silahı aşkarlanıb - FOTOBu gün, 09:18Laçın-Xankəndi yolunda keçirilən aksiyanın 102-ci günü - FOTOBu gün, 08:58Azərbaycanda 11 ayın sultanı - Ramazan ayı başlayıb - TƏQVİMBu gün, 00:21Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - FOTO22 / 03 / 2023, 19:25Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb22 / 03 / 2023, 17:50Son sutkada Azərbaycanda vaksin vurulmayıb22 / 03 / 2023, 17:15Azərbaycanda 209 aktiv koronavirus xəstəsi var - STATİSTİKA22 / 03 / 2023, 17:07BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb22 / 03 / 2023, 16:47İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb edilib22 / 03 / 2023, 16:24Bakıda 3 otaqlı mənzildə yanğın olub22 / 03 / 2023, 15:38Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşüb22 / 03 / 2023, 15:09
Bütün xəbərlər

Next TV