İran müdafiə nazirinin sabiq müavini edam edildi
Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri bu gün səhər edam olunub.
1news.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə Sistemi rəsmi açıqlama yayıb.
Bildirib ki, Ə.Əkbərinin İran-Britaniya ikili vətəndaşlığı olub. O, Britaniya kəşfiyyat orqanına casusluq yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı genişmiqyaslı fəaliyyətdə ittiham olunaraq edam olunub. Ə.Əkbəri casusluq edərək İngiltərə hökumətindən 1 milyon 805 min avro, 265 min funt-sterlinq və 50 min ABŞ dolları maaş alıb.
453