DYP Bakıda azyaşlının əsas yolda motosiklet sürməsinə münasibət bildirib

Sosial şəbəkələrdə Bakıda azyaşlının motosiklet sürməsi ilə bağlı görüntülər yayılıb.
1news.az xəbər verir ki, görüntülərin Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində lentə alındığı bildirilir.
Görüntülərdə 4-5 yaşlı uşağın hərəkətdə olan maşınların arasında motosiklet sürdüyü görünür.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, görüntülərə polis öz səlahiyyəti çərçivəsində hüquqi qiymət verəcək:
“Bu kimi hadisələrdə uşağın valideynləri günahkardır. Bu mənzərə nə məntiqə, nə də şüura sığan hərəkətdir. Bəzən elə hadisələrin şahidi olursan ki, şərh verməyə çətinlik çəkirsən”.
294