Meşələrin və ətraf ərazilərin zərərvericilərdən qorunması məqsədilə monitorinqlər keçirilir
Son dövrlərdə respublikamızın şimal-qərb bölgəsində rast gəlinən qəhvəyi mərmər bağacığı zərərvericisinin yayılmasının qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət qrup tərəfindən monitorinqlər davam edir.
1news.az xəbər verir ki, bunu ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib. O deyib ki, hazırda mütəxəssislərlə birgə Zaqatala-Balakən zonasının meşə fondu torpaqlarında və meşə sahələrinə yaxın ərazilərdə müvafiq müayinə və müşahidə işləri aparılır.
“Aparılan monitorinqlərin nəticəsinə uyğun olaraq zərərvericilərə qarşı müvafiq tədbirlər görülür”.
463