ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib | 1news.az | Xəbərlər
Rəsmi

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib

08:58 - 24 / 01 / 2023
ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib

Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, söhbət zamanı ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir.

Dövlətimizin başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib.

Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib.

Telefon söhbət əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
274

Son xəbərlər

Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:37Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTOBu gün, 12:07Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 12:03Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaqBu gün, 11:19Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib - FOTOBu gün, 10:49Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTOBu gün, 10:36Bakıda 4 otaqlı ev yanıbBu gün, 10:11Azərbaycanı təmsilçilərinin “Avroviziya 2023”də çıxış edəcəyi nömrə bəlli olubBu gün, 09:46Yardımlıdan Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanıldı - FOTOBu gün, 09:36Ağcabədi sakinindən “Kalaşnikov” silahı aşkarlanıb - FOTOBu gün, 09:18Laçın-Xankəndi yolunda keçirilən aksiyanın 102-ci günü - FOTOBu gün, 08:58Azərbaycanda 11 ayın sultanı - Ramazan ayı başlayıb - TƏQVİMBu gün, 00:21Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - FOTO22 / 03 / 2023, 19:25Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb22 / 03 / 2023, 17:50Son sutkada Azərbaycanda vaksin vurulmayıb22 / 03 / 2023, 17:15Azərbaycanda 209 aktiv koronavirus xəstəsi var - STATİSTİKA22 / 03 / 2023, 17:07BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb22 / 03 / 2023, 16:47
Bütün xəbərlər

Next TV