Müdafiə naziri Moldovanın hava məkanını bağlamayacağını bildirib | 1news.az | Xəbərlər
Dünya

Müdafiə naziri Moldovanın hava məkanını bağlamayacağını bildirib

11:32 - 25 / 01 / 2023
Müdafiə naziri Moldovanın hava məkanını bağlamayacağını bildirib

Moldova Ukraynada davam edən mühariə fonunda öz hava məkanını bağlamağa ehtiyac görmür.

1news.az APA-ya istinadla xəbər verir ki, bunu ölkənin müdafiə naziri Anatoli Nosatıy deyib.

Nazir qeyd edib ki, müharibənin gedişində Moldova ərazisinə raketlər və onların hissələri düşsə də, hava məkanı bağlanmayacaq. Nazir bunun Moldova vətəndaşlarının hərəkəti və Ukraynaya humanitar yardım reysləri üçün maneə yaradacağını əlavə edib.

Paylaş:
555

Son xəbərlər

Bütün xəbərlər