Milli Məclisdə sənədsiz evlər məsələsi qaldırılıb | 1news.az | Xəbərlər
Rəsmi

Milli Məclisdə sənədsiz evlər məsələsi qaldırılıb

12:13 - 26 / 01 / 2023
Milli Məclisdə sənədsiz evlər məsələsi qaldırılıb

Bu gün əsas məsələlərdən biri sənədsiz evlər problemidir. Ona görə də bələdiyyə torpaqları təftiş olunmalıdır.

1news.az Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Azər Badamov bildirib.

A.Badamov bələdiyyə torpaqlarının təftiş olunması vacibdir. “Buna ehtiyac var. Əgər həmin torpaqlar kənd təsərrüfatı üçün nəzərdə tutulubsa, niyə fərdi evlər tikilib? Burada məsuliyyətli şəxslər qanun qarşısında cavab verməlidir. Bundan başqa həmin torpaqlarda ev tikənlərin sənəd məsələləri həll olunmalıdır. Bu da minlərlə insanı əhatə edir. Amma qeyd etdiyim kimi, belə halların yaşanmasına məsul olan şəxslər cavab verməlidir”, - deyə o qeyd edib.

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər